Noyabrın 18-dən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işə qəbul prosesləri “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”na uyğun olaraq həyata keçiriləcək.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, uyğun vakansiyalar Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin "İnsan resursları – Vakansiyalar" bölməsində yerləşdirilib.
İşə qəbul prosesində iştirak etmək istəyən namizədlər həmin portalda şəxsi kabinet yaradaraq müvafiq məlumatları daxil etməli, elektron ərizələri doldurub uyğun vakansiyaya müraciət etməlidirlər.
Bu proseslə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin kadr işçiləri üçün proqramın təqdimat mərasimi keçirilib və işə qəbul qaydaları barədə ətraflı məlumat verilib.

