Sizcə, fənlərin sayını azaltmaq təhsilin keyfiyyətinə necə təsir edə bilər?
Bu barədə təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlama verib.
Ekspert bildirib ki, tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil. Onun sözlərinə görə, hər hansı bir fənnin proqramdan çıxarılması Nazirlər Kabineti tərəfindən təsdiqlənən və rəsmi əmr-sərəncama əsaslanan çoxmərhələli bir prosedurdur.
Ekspert qeyd edib ki, əvvəlcə Təhsil Nazirliyi müvafiq layihə hazırlayır və hansı fənnin tədrisdən çıxarılmasının zəruri olduğunu əsaslandırır. Daha sonra layihə Nazirlər Kabinetinə təqdim olunur. Nazirlər Kabineti məsələyə baxdıqdan sonra xüsusi sərəncam verir və yalnız bu qərardan sonra həmin fənn tədris planından çıxarıla bilər.

