“Mənim “Ən Yaxın Planet” və “Qisas Gecəsi“ adlı yazılarım Azərbaycan dili və ədəbiyyat dərsliklərində verilib”.
Bu fikirləri “Tehsil365“ə açıqlamasında məşhur yazıçı Elxan Elatlı deyib. O bildirib ki,
“Bundan başqa “Xəstə Ruhlar“ əsərində keçmiş soyqırım mövzularımıza toxunulub. Eynilə “Cəhənnəmdən Gələn Səs“ romanından da müəyyən məqamların dərsliklərə salınmasını istərdim”.

