Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 13 noyabrda ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili üzrə fəaliyyət göstərən metodistlər üçün “Təbiət dərslərinin dərsdinləmələrinin təşkili” mövzusunda vebinar təşkil olunub.
“Tehsil365” Təhsil İnstitunun məlumatına əsasən xəbər verir ki, vebinar zamanı təbiət fənninin tədrisi metodikası, 5E modeli haqqında məlumat verilib, iştirakçılarla əvvəlcədən aparılan sorğuya əsasən dərsdinləmələr zamanı qarşılaşılan çətinliklərin həlli yolları izah olunub və praktik olaraq dərs nümunəsi təqdim olunub. Təbiət fənn kurikulumu və metodik vəsaitdən istifadəyə aid nümunələr izah olunub.
Sonda metodistləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirə aparılıb.
Qeyd edilib ki, metodistlər üçün vebinarların davamlı keçirilməsi nəzərdə tutulub.

