Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
“Tehsil365” İdarənin məlumatına əsasən xəbər verir ki, noyabrın 18-də idarənin inzibati binasında keçirilən müsahibəyə test imtahanı mərhələsində 40 və daha çox bal toplamış və qeydiyyatdan keçmiş namizədlər dəvət olunub.
Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarıqları, pedaqoji və metodiki hazırlığı, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən qiymətləndirilir.
Regional Təhsil İdarəsi müsahibədə iştirak edən bütün namizədlərə uğurlar arzulayıb.

