Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti və Milli Məclisin Elm və təhsil komitəsi birgə tədbir keçirib

10119.11.2025 - 07:25
Azərbaycan Universiteti və Milli Məclisin Elm və təhsil komitəsi birgə tədbir keçirib

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda respublika elmi konfransı keçirilib.

‘’Tehsil365’’ Azedu.az-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açılış nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb. Rektor çıxışında Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Universitetində keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, universitetdə keçirilən bütün tədbirlərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması və yaşadılması məsələlərinə hər zaman xüsusi diqqət yetirilir. Gənc nəsildə dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhu və ictimai məsuliyyətin formalaşdırılması universitetin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda təşkil olunan konfrans həm tarixi yaddaşın gücləndirilməsi, həm də müasir dövrün reallıqlarının tələbələrə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, komitənin üzvləri – professor Bəxtiyar Əliyev, dosent Mehriban Vəliyeva, dosent Ceyhun Məmmədov, professor Vasif Qafarov, Şahin Seyidzadə, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın müdiri, dosent Elvin Talışınskinin məruzələri dinlənilib. Məruzələr Azərbaycan tarixinin son 200 ilinə nəzər salmaqla, dövlətçilik ənənələrinin inkişaf yolunu, suverenlik uğrunda mübarizənin mərhələlərini və bugünkü tarixi reallıqların mahiyyətini əhatə edib. Çıxışlarda vurğulanıb ki, ölkənin strateji inkişaf xəttinin ardıcıllığı, dövlətçilik prinsiplərinə sadiqlik və milli maraqların qətiyyətlə qorunması müstəqilliyin əbədiliyinin başlıca təminatıdır.

Çıxışlarda qeyd olunub ki, tədbir Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu və Qarabağ Zəfərinin 5-ci ildönümlərində, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü, 17 Noyabr – Milli Dirçəliş Günü, 20 Noyabr – Ağdam şəhəri günü və 25 Noyabr – Kəlbəcər şəhəri günü kimi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrinin qovşağında və ərəfəsində keçirildiyi üçün mühüm ideoloji platformadır.

Bildirilib ki, Azərbaycan son iki əsrdə ardıcıl olaraq torpaq itkisinə məruz qalıb, müstəqilliyinin bərpasının ilk illəri ağır və məşəqqətli keçib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin siyasi, iqtisadi və hərbi gücünün möhkəmlənməsinin və yeni bir dövrün əsası qoyulub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət, iradə və ardıcıllıqla həyata keçirilməsi, Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun qəhrəmanlığı Qarabağ Zəfərini mümkün edib. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev, Qarabağ Zəfərinin memarı isə Prezident İlham Əliyevdir. Azərbaycanın bu gün beynəlxalq müstəvidə sərgilədiyi mövqeyin əsasında güclü dövlətçilik dayaqları dayanır.
Bildirilib ki, Qarabağ Zəfəri ilə Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atıb və tarixi ədaləti bərpa edib. Qarabağ münaqişəsinin çoxşaxəli tarixi köklərinə baxmayaraq, münaqişə məhz güclü dövlət iradəsi, güclü prezident hakimiyyəti və milli həmrəyliyin nəticəsi olaraq həll edilib.

Bu Zəfər yeni tarix yazıb, Azərbaycan xalqının özünüdərkini daha da gücləndirib, “Böyük Qayıdış” prosesinin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu ərazilər indi inkişaf etmiş, müasir yaşayış məkanlarına çevrilir.

Sevinc Yarməmmədova

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05