“Son illər müxtəlif yaş qrupları arasında kitabxanalara müraciət xeyli azalıb”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında Respublika Gözdən Əlillər kitabxanasının əməkdaşı Zəkəriyyə Qurbanov deyib o bildirib ki, “son dövrlərdə kitabxanalarda oxucular azalıb. O oxucuların sayını artırmaq üçün məhz həmin oxucuların dünyagörüşünə, zövqünə uyğun olan kitablar səsləndirilməlidir ki, onlar kitabxanalara daha çox üz tutsunlar”.
“Əlbəttə ki, hal-hazırda bu azlıqdan öz kitabxanamız adına şikayətlənməsək də , maraq göstərənlər artsa daha yaxşı olar”.
Həmçinin qeyd olunub ki, “bu tələbatları ödəmək üçün maddi vəsait də lazımdır ki, biz oxucular üçün o şəraiti yarada bilək”.
Bununla yanaşı Zəkəriyyə Qurbanov bildirib ki, “kitablar səsləndirildikdə daha çox azyaşlı uşaqlar və məktəblilərin də marağı nəzərə alınmalıdır ki, onlar rahatlıqla kitabxanalara üz tuta bilsinlər”.
Sonda qeyd olunub ki, “kitabxanaların daha cəlbedici olması üçün yeni layihələr üzərində çalışmağa davam edirik”.

