ABŞ-də çıxan "Time" jurnalının versiyasına görə, süni İntellekt (Sİ) "İlin adamı" ola bilər
‘’Tehsil365’’ xəbər verir ki, "Polymarket" bukmeker agentliyinin məlumatlarından belə bəlli olur.
Bildirilir ki, Sİ-nin şansı 37% civarında qiymətləndirilir. Onun ardınca ABŞ-də mikrosxem təchizatçısı "Nvidia"nın baş direktoru və təsisçisi Censen Huang (17%), Roma Papası XIV Leo (15%), "OpenAI"ın baş direktoru Sem Altman (8%) və "Time"ın 2024-cü il versiyasına görə "İlin adamı" olmuş ABŞ Prezidenti Donald Tramp (7%) gəlirlər.
Qeyd edək ki, ABŞ-nin həftəlik ictimai-siyasi jurnalı olan "Time" 1927-ci ildən etibarən hər il dekabr ayının son nömrəsində başa çatmaqda olan ilin adamını elan edir və onun fotosunu üzqabığında yerləşdirir. Bu adın verilməsi üçün konkret meyarlar yoxdur. Hesab olunur ki, bu ad il ərzində cəmiyyətə müsbət və ya mənfi olmasından asılı olmayaraq, ən çox təsir göstərmiş şəxsə verilir. İlin adamı redaksiya heyətinin namizədlər arasında seçimi və jurnal əməkdaşlarının fikirləri əsasında müzakirələrdən sonra seçilir.

