Azərbaycan Dillər Universiteti PHŞ Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında laborant vəzifəsinə vakansiya elan edir.
“Tehsil365” xəbər verir ki, əsas tələblər bunlardır:
· Ali təhsil ( kafedranın profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (kafedranın profilinə uyğun)
Vəzifə və öhdəliklər
-Kafedranın tədris və elmi işlərinin təşkilində iştirak edir;
-Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir;
-Keçiriləcək dərslərin qrafikini tənzimləyir;
-İxtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, araşdırmalara cəlb olunur;
-Kafedranın lazımi sənədlərini təşkil edir;
-Kafedradan tələb olunan məlumatları lazımi strukturlara çatdırır;
-Dərs cədvəlinin tərtib edilməsini, dərs yükünün hesablanmasını;
-Tələbələrlə davranış normalarını, elmi-metodiki göstərişləri və izahatların verilməsini;
-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 25 noyabr saat 18:00-dək göndərə bilərlər.

