ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi daha iki beynəlxalq elmi məlumat bazasına sınaq girişi əldə edib.
“Tehsil365” xəbər verir:
ANKOSLink 2025-ci il 04–06 noyabr tarixlərində keçirilən konfransda beynəlxalq nəşriyyatlarla görüşlərimizin nəticəsi olaraq, OngoingResearchIndex.com (Universitetlərdə davam edən tezislərin, dissertasiyaların və tədqiqat layihələrinin qlobal verilənlər bazası) üzrə free trial əldə edilmişdir.
OngoingResearchIndex.com dünya üzrə universitetlərdən 160.000-dən çox davam edən tezis, dissertasiya və tədqiqat layihəsi haqqında məlumatları əhatə edən yeganə geniş məzmunlu məlumat mənbəyidir.
İstifadə müddəti:
17 noyabr 2025 – 18 dekabr 2025 tarixlərində sınaq (free trial) giriş aktiv edilmişdir.
Aşağıdakı link vasitəsilə giriş hüququnuzu yoxlaya bilərsiniz:
www.OngoingResearchIndex.com
ANKOSLink 2025 konfransında beynəlxalq nəşriyyatlarla görüşlərimizin davamı olaraq, dünyanın ilk resenzentli və multidissiplinar video məlumat bazası olan JoVE, 2006-cı ildən etibarən elmi məqalələri video formatında təqdim edir və artıq bütün kolleksiyaları ilə birlikdə universitetimizin IP aralıqları üzərindən sınaq (trial) istifadə üçün aktiv edilmişdir.
Aşağıdakı link vasitəsilə giriş hüququnuzu yoxlaya bilərsiniz:
https://app.jove.com/access
İstifadə müddəti: 20 noyabr 2025 – 20 yanvar 2026

