Azərbaycan Dillər Universiteti PHŞ İctimaiyyətlə əlaqələr şöbəsində 0,5 ştat baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
“Tehsil365” bildirir ki, əsas tələblər bunlardır:
· Ali təhsil (şöbənin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (şöbənin profilinə uyğun)
Vəzifə və öhdəliklər
- Məşğul olduğu sahə üzrə sənədlərin hazırlanması işini həyata keçirir;
- İllik iş planlarının hazırlanmasını və təsdiqini təmin edir, iş planına dair təkliflər verir;
- Ərizələrini qəbul edir, qəbula gələnlərin qəbulunu təşkil edir, tələbələrin təklif və xahişlərinə baxılmasını təmin edir;
- Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 25 noyabr saat 18:00-dək göndərə bilərlər.

