17-18 noyabr 2025-ci il tarixlərində təlimçi Tural İsgəndərov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Biznes analiz və çevik yanaşma” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılara biznes-analizin, çevik yanaşmanın mahiyyəti, ilkin anlayışları, yanaşmaları və texnikaları (üsulları) barədə məlumat verilib. Tələblərin dəqiq, dərin və daha doğru aşkarlanması, eyni zamanda maraqlı tərəflərin klassifikasiyası və onların tələblərinin qruplaşdırılması vurğulanıb. Əldə edilən bilikləri mənimsəmək üçün əlavə praktiki tapşırıq tətbiq edilib. İştirakçılara tapşırığın həll yolları izah olunub.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

