Bu gün, 20 noyabr 2025-ci il, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Gültəkin Məlik qızı Əsgərovanın doğum günüdür.
"Tehsil365" xəbər verir ki, Gültəkin Əsgərova 1960-cı ilin 20 noyabrında Bakıda anadan olmuşdur. O, Vətən uğrunda döyüşərək 1992-ci ilin 20 iyununda Xocalı rayonu, Aranzəmin ərazisində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan tarixində öz igidliyi və mərdliyi ilə əbədi yaşayacaq Gültəkin Əsgərova, vətəninə sadiq bir qəhrəman kimi xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Onun xatirəsi daim hörmət və ehtiramla anılır.
Milli Qəhrəmanın doğum günü münasibətilə bütün Azərbaycan xalqı onun əziz xatirəsini yad edir və Vətənə olan sonsuz sevgisini təkrar ehtiramla xatırlayır.

