Bu gün, 20 noyabr 2025-ci il, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin İbrahim oğlu Şahbazovun vəfatının 34-cü ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1950-ci il yanvarın 22-də Bakıda anadan olan Şahbazov, 1991-ci ilin noyabrında Qarakənd faciəsi zamanı şəhid olub.
Fəxrəddin Şahbazovun igidliyi və vətənpərvərliyi Azərbaycan tarixində əbədi olaraq qalacaq. O, Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə Milli Qəhrəman adına layiq görülüb.
Onun xatirəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir.

