Beynəlxalq QS Asia 2026 reytinqi açıqlanıb və Hindistanın bəzi aparıcı universitetləri, o cümlədən IIT-lər, Asiya səviyyəsində sıralamada geri düşüb.
"Tehsil365" xəbər verir ki, Maraqlıdır ki, bu universitetlər dünya reytinqində isə irəliləməyi bacarıb.
Ekspertlər bildirir ki, bu fərq regional və qlobal kriteriyaların fərqliliyindən irəli gəlir. Asiya reytinqi daha çox yerli amillərə, tələbə və müəllim keyfiyyətinə, həmçinin sənaye ilə əməkdaşlığa diqqət yetirir.
Hindistanın təhsil sahəsində aparıcı qurumları bu nəticələri analiz edir və Asiya reytinqində mövqeyini yaxşılaşdırmaq üçün strategiyalar üzərində işləyirlər.

