Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər imtahanın demo versiyası ilə təqdim olunan linkdə tanış ola bilərlər : https://portal.dim.gov.az/pmsDemo/
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, demo versiya vasitəsilə namizədlər sualların strukturu, tapşırıqların təqdim olunma forması və cavablandırma qaydaları ilə yaxından tanış olur, həmçinin öz hazırlıq səviyyələrini qiymətləndirərək imtahana daha yaxşı şəkildə hazırlaşa bilirlər.

