19 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində 2026 /2027-ci tədris ili üçün ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı seminar keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, seminarda Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və İncəsənət kollecinin müəllimləri iştirak ediblər.
Müzakirədə müəllimlər tərəfindən qabiliyyət imtahanı proqramlarının məzmunu, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlərin və subbakalavrların uğurlu nəticə göstərmələrinə töhfə verə biləcək digər məsələlərlə bağlı təkliflər irəli sürülüb. Müzakirələr yekunlaşdıqdan sonra sonra ictimaiyyətə 2026/2027-ci tədris ilində keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumat veriləcək.
Təsviri sənət və memarlıq istiqamətlərinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət/Memarlıq” adlı vəsaitdə nəşr ediləcək.

