Lancashire ştatının Bakup şəhərində yerləşən Star Academies Valley Liderlik Akademiyasının işçiləri dekabr və yanvar aylarında virtual riyaziyyat müəlliminin tətbiqinə etiraz olaraq altı günlük tətil keçirməyə hazırlaşırlar.
“Tehsil365” xəbər verir ki, Sentiyabr ayında məktəb 9-11-ci siniflər üçün riyaziyyat dərslərini “virtual müəllim” (VT) vasitəsilə keçirməyə başlayıb. Bu addım həmkarlar ittifaqları tərəfindən sərt tənqid olunub. Milli Təhsil Birliyi (NEU) üzvləri “distopik” təhsil sxeminə qarşı çıxaraq, bu qərara qarşı tətilə getmək niyyətlərini açıqlayıb.
Bazar ertəsi keçirilən səsvermədə işçilərin 82 faizi tətilin lehinə səs verib. Tətil dekabrın 3-də başlayacaq və 10, 11 dekabrda davam edəcək. Bundan əlavə, yanvarın 6-dan 8-dək ardıcıl üç gün tətil planlaşdırılır.
NEU nümayəndələri bildirirlər ki, şagirdlər “əsl müəllimə layiqdirlər” və virtual dərslərin təhsilin keyfiyyətinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar. Tətilin məqsədi məktəbdə insan müəllimlərinə üstünlük verilməsi üçün təzyiq yaratmaqdır.

