Təhsil 365 - Logo Mobile

BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

11719.11.2025 - 18:38
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılarının elmi məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə iki nüfuzlu elmi bazadan – “Ongoing Research Index” və “JoVE” platformalarından sınaq müddətində ödənişsiz istifadə imkanı əldə edib.

“Tehsil365” BDU-nun məlumatına əsasən xəbər verir ki, dünyanın ilk resenzentli elmi video məlumat bazası olan “JoVE” elmi məqalələri video formatında təqdim edən və 30.000-dən çox eksperimental və tədris xarakterli videonu özündə birləşdirən beynəlxalq elmi resursdur. Platforma həm tədqiqatçılar üçün resenzentli eksperimental metod videoları, həm də müəllim və tələbələr üçün tədris materialları təqdim edir. “JoVE” məzmunu “PubMed”, “Scopus” və “Web of Science” kimi aparıcı elmi bazalar tərəfindən indekslənir. Onun əsas üstünlüyü laboratoriya proseslərini vizual şəkildə göstərərək eksperimentlərin daha dəqiq və təkrarlana bilən şəkildə aparılmasını təmin etməsidir. Platformaya 15 yanvar 2026-cı il tarixinədək https://app.jove.com/access linki vasitəsilə daxil olaraq məlumat bazasından istifadə etmək mümkündür.

“Ongoing Research Index” məlumat bazası isə universitetlərin akademik heyətinin tədqiqat fəaliyyətinə kömək məqsədilə 160 000-dən çox cari dissertasiyaları və illik maliyyəsi 30 milyard ABŞ dollar həcmində təxminən 380 000-dən çox əlaqə məlumatları olan tədqiqat layihələri ilə əməkdaşlıqlar etmək imkanı yaradır. Platforma tədqiqatçılara və akademik ictimaiyyətə cari vaxtda davam edən tədqiqatları izləmək, trendləri müəyyənləşdirmək, əməkdaşlıq və ortaq maliyyələşmə imkanları yaratmaq imkanı verir. Bu isə universitetlər üçün strateji qərarların hazırlanması, tədqiqat göstəricilərinin yenilənməsi və reytinqin yüksəldilməsi baxımından əvəzsiz resursdur. Platformaya çıxış 18 dekabr 2025-ci il tarixinədək www.OngoingResearchIndex.com linki vasitəsilə mümkündür.

Hər iki beynəlxalq bazanın elektron resurslarından yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (AzKİK) üzv olan respublikanın 14 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.

Xədicə Paşayeva

Xəbər Lenti

AzMİU “QS Sustainability 2026” reytinqində ölkənin lider universiteti elan olunub19.11.2025 - 20:00
Şərqşünas-alim Harvard Universitetinin sertifikatını alıb19.11.2025 - 19:50
UNEC Tələbə Startap Müsabiqəsi elan edir!19.11.2025 - 19:40
Sultan Raev: TÜRKSOY Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı hazırlıq işlərini fəal şəkildə davam etdirir19.11.2025 - 19:34
BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət edilib19.11.2025 - 19:30
Maliyyə və mühasibat fakültəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib19.11.2025 - 19:20
Görkəmli yeseninşünas alimin yeni kitabı19.11.2025 - 19:11
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin nəzərinə19.11.2025 - 19:09
Bakıda “AİAZ” Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb19.11.2025 - 19:00
Qəbələdə “ASAN Könüllülər” tərəfindən təmizlik aksiyası keçirilib19.11.2025 - 18:59
Coğrafiya üzrə olimpiadaya hazırlıq dərslərinə başlanılıb19.11.2025 - 18:51
Onlar niyə müəllimliyi seçirlər? - Gənc müəllimlərlə söhbət19.11.2025 - 18:49
“Gənc istedadlar” liseyinin iki şagirdi “SAF 2025”in qalibidir19.11.2025 - 18:45
Qumru Şəhriyar: "Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən olub"19.11.2025 - 18:45
Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalı - “AİAZ”19.11.2025 - 18:30
“Karyera yolu - 2” layihəsində 28 iştirakçı sertifikatla təltif olunub19.11.2025 - 18:30
Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub19.11.2025 - 18:30
“Xarüqələr yaradan qətiyyətli Lider” kitabının təqdimatı olub19.11.2025 - 18:25
Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub19.11.2025 - 18:22
Tərtərdə YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib19.11.2025 - 18:15
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb19.11.2025 - 18:15
SAF 2025-də layihələrlə tanışlıq həyata keçirilib19.11.2025 - 18:12
Elşən Rüstəmov: "Dövlətimizi necə qoruyuruqsa, dilimizi də elə qorumalıyıq"19.11.2025 - 18:00
Rəssamlıq Akademiyasında xüsusi qabiliyyət imtahanları üzrə seminar keçirilib19.11.2025 - 17:59
DİM mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərə müraciət edib19.11.2025 - 17:46
Kamal Abdulla: "Bu gün Azərbaycan dilinin inkişafı ilə bağlı görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir"19.11.2025 - 17:45
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir19.11.2025 - 17:33
Azad Şükürov: "Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsasını təşkil edir"19.11.2025 - 17:30
DİM Doktorantura və dissertantura səviyyəsində danışıq bloku imtahanı ilə bağlı müraciət edib19.11.2025 - 17:20
ADU-da Özbəkistan universiteti ilə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə görüş keçirilib19.11.2025 - 17:15
“Təlimçilər üçün təlim” təşkil edilib19.11.2025 - 17:07
ADU PHŞ İctimaiyyətlə əlaqələr şöbəsində 0,5 ştat baş mütəxəssis vəzifəsinə vakansiya elan edir19.11.2025 - 17:00
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib19.11.2025 - 16:55
ADU EKİXM daha iki beynəlxalq elmi məlumat bazasına sınaq girişi əldə edib.19.11.2025 - 16:45
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib19.11.2025 - 16:42
QƏHRƏMAN TƏRTƏRDƏ BİR GÜN19.11.2025 - 16:32
ADU-da “Beyond Grammar” beynəlxalq ESL konfransı keçiriləcək19.11.2025 - 16:30
“Biznes analiz və çevik yanaşma” mövzusunda təlim təşkil edilib19.11.2025 - 16:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib19.11.2025 - 16:22
ADU PHŞ Magistratura şöbəsinə metodist vəzifəsinə vakansiya elan edir19.11.2025 - 16:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda "açıq dərs" keçirilib19.11.2025 - 16:11
Prezidentin Azərbaycan dili ilə bağlı irəli sürdüyü tələblər Milli Məclisin komissiyasında müzakirə olunacaq19.11.2025 - 16:02
ADU PHŞ Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında laborant vəzifəsinə vakansiya elan edir 19.11.2025 - 16:00
Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb19.11.2025 - 15:58
NDU-da laboratoriyalarla bağlı təlim keçirilib19.11.2025 - 15:49
Kayseridə Türk dünyası şairlərinin iştiraki ilə Beynəlxalq ədəbi toplantı keçirilib19.11.2025 - 15:45
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin NƏZƏRİNƏ!19.11.2025 - 15:38