“ASAN Könüllülər” Təşkilatının “Yaşıl ASAN” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar noyabrın 19-da Qəbələ regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən rayonun Laza kəndinin ərazisində təmizlik aksiyası keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ətraf mühitə qayğı və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin ictimaiyyətin bu istiqamətdə fəallığının artırılmasıdır.

