Təhsil 365 - Logo Mobile

Onlar niyə müəllimliyi seçirlər? - Gənc müəllimlərlə söhbət

10719.11.2025 - 18:49
Onlar niyə müəllimliyi seçirlər? - Gənc müəllimlərlə söhbət

Son zamanlar gənclər arasında müəllimliyə olan marağın artması sevindirici haldır. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında xeyli artım müşahidə olunur. Artıq yüksək bal toplayan abituriyentlər könüllü şəkildə müəllim olmaq istəyir, pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Bəs görəsən bunun səbəbləri nə ilə bağlıdır?  


“Tehsil365”
xəbər verir ki , Azərbaycan müəllimi” uğurlu nəticələri ilə müəllimlik peşəsini seçən gənc təhsilverənlərlə söhbət edib, onları bu peşəyə gətirən səbəbləri araşdırıb.

“İlk və yeganə seçimim müəllimlik olmuşdu”

Fidan Bayramova Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışır. Artıq cari tədris ilində pedaqoji fəaliyyətinin 3-cü ilinə qədəm qoyub. 2022-ci ildə Azərbaycan Dillər Universitetini “İngilis dili müəllimliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildə Müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 82.075 bal toplayıb. Həmin il üçün yüksək göstərici hesab olunan balla respublika üzrə ingilis dili müəllimləri arasında ilk onluqda, Sumqayıt şəhəri üzrə isə ikinci yerdə qərarlaşıb. Bildirir ki, işləyəcəyi məktəbi seçərkən pedaqoji uğurlarına, nüfuzuna çox önəm verib: “Mən ali məktəbə qəbul imtahanında 643 bal toplayaraq yüksək nəticə göstərdim. Qarşımda bir çox ixtisas seçimi etmək imkanı olmasına baxmayaraq ilk və yeganə seçimim müəllimlik olmuşdu. Bir çox insanların “Niyə məhz müəllimlik?” sualına məruz qalırdım. Məsələ burasındadır ki, müəllimlik mənim uşaqlıq arzum olub və sanki bu peşə ilə daxili bir bağlılıq hiss etmişəm. Bu səbəbdən heç tərəddüd etmədən müəllimliyi ilk seçim olaraq qeyd etmişdim. Topladığım bal hüquqşünaslıq, beynəlxalq münasibətlər, tərcüməçilik və sair kimi prestijli ixtisaslara bəs edirdi. Ancaq mən özümü yalnız pedaqoji sahədə gördüyümə görə kənar təzyiqlərə baxmayaraq öz seçdiyim yolu getmək istədim. Hesab edirəm ki, insan sevdiyi peşəni icra etdikdə uğur onun ardınca gəlir”. 

F.Bayramovanın sözlərinə görə, oxuduğu ali məktəbdə həmin illər tələbələri DİM imtahanının nəticələrinə əsasən qruplara bölürdülər və onun təhsil aldığı qrupda 16 nəfər tələbənin hər biri 640-dan 650 bala qədər nəticə göstərib: “Hər birimiz uğurlu tələbələr idik. Bir nəfər istisna olmaqla hamımız universiteti fərqlənmə diplomu ilə bitirdik və hazırda ölkəmizin müxtəlif bölgələrində pedaqoji fəaliyyətlə məşğul oluruq”. 
Fidan müəllim son illər gənclərin bu peşəyə olan münasibətinin köklü şəkildə dəyişdiyini bildirir. “Əvvəllər müəllimlik alternativ, təsadüfi seçim kimi görülürdü və qəbul imtahanlarında aşağı nəticə göstərmiş abituriyentlər  bu peşəni seçirdilər. Müəllimin biliyinin, dünyagörüşünün yetərli qədər olması gərəkdir ki, şagirdlərə də verdiyi təlim keyfiyyətli olsun. Şagirdlərimə deyirəm ki, gələcək məqsədləriniz nədir dedikdə sualın cavabını bal toplamaq tərzində deməyin, bal toplamaq sizi məqsədə aparan vasitə ola bilər. Əsas məqsəd sevdiyiniz peşə olmalıdır”. 

Dövlətin təhsil sahəsində apardığı islahatların önəmini vurğulayan gənc müəllim MİQ imtahanlarında ən yüksək göstəriciyə malik olan şəxslərin dövlət məktəblərinə işə qəbul olunduğuna diqqət çəkərək deyir: “Kifayət qədər rəqabətli sistem olduğunun fərqindəyəm. Ancaq bu rəqabətli sistemin olması bizim gələcəyimiz, yetişdirməkdə olacağımız gənc nəslin daha yaxşı formalaşması üçündür. Cənab nazir öz çıxışlarında həmişə qeyd edir ki, biz ən yaxşıları seçməyə çalışırıq. Həqiqətən də ən yaxşıların seçilməsi cəmiyyətimizin gələcəyi üçündür. Məncə, gənclər də görürlər ki, bu sahədə islahatlar aparıldıqca müəllimlərin əməyi daha şəffaf qiymətləndirilir. İkinci səbəb ondan ibarətdir ki, Azərbaycanda istər böyüklərimiz, istər gənclərimiz tərəfindən müəllimlik peşəsi həmişə nüfuzlu hesab olunub”. 

Fidan Bayramovanın hədəfləri həm özü, həm də şagirdləri ilə bağlıdır. “Düşünürəm, müəllim nə qədər inkişaf edib öz tədris metodlarını genişləndirərsə, şagirdin həm psixoloji, həm təhsil baxımından inkişafına yararlı metodlar seçərsə ümumilikdə təhsil sistemimizə töhfə verəcək. Mən bu istiqamətdə beynəlxalq təlimlərə qoşulmağı, setifikatlar almağı hədəfləyirəm, bəzilərini artıq əldə etmişəm. Müəllim mütləq şəkildə öyrənməyə davam etməlidir. Birincisi, biz özümüz şagird olmalıyıq, çünki dövr inkişaf edir, yenilənir və biz yeniliklərlə ayaqlaşmağı bacarmalıyıq. İkinci hədəfim şagirdlərimlə bağlıdır. İngilis dili dünyaya açılan bir pəncərədir. Şagirdlərimə dili öyrətdikcə onlarda mədəniyyətlərarası düşüncə tərzi formalaşdırmaq istəyirəm”.  

“Cəmiyyətin iki dirəyi varsa, biri müəllim, digəri həkimdir”

Fidan Cəbrayılova 23 yaşındadır və  Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində biologiya müəllimi olaraq fəaliyyət göstərir. Bu il keçirilən MİQ imtahanında 90.5 bal toplayaraq öz seçimi ilə həmin liseydə işləməyə başlayıb. Bildirir ki, uşaqlıqdan təbiət elmlərinə və öyrətməyə marağı olub. 2019-2023-cü illərdə BDU-nun Biologiya fakültəsində “SABAH” qruplarında bakalavr, 2023-2025-ci illərdə isə magistr təhsili alıb: “Müəllimlik mənim mənəviyyatıma çox yaxşı təsir edir. Bu liseyi seçməyimin səbəbi ondan ibarətdir ki, burada tədris təbiət elmləri yönümlüdür, şagirdləri beynəlxalq və respublika olimpiadalarında, buraxılış imtahanlarında uğurlu nəticələr əldə edir. Hazırda liseydə mənə RFM və RFO-ya hazırlaşan şagirdləri həvalə ediblər və bu mənim üçün çox sevindirici məqamdır. Topladığım bal Bakı şəhərində belə məktəb seçməyə imkan verirdi. Sadəcə həm profil fənnimə yaxın olduğu, həm də uğurlarına, tədris mühitinə görə Texniki və təbiət elmləri liseyini seçdim. Müəllimliyi sevmişəm, şagirdləri, öyrətməyi, eyni zamanda öyrənməyi sevirəm. İndi elə bir əsrdə yaşayırıq ki, müəllim şagirdə təkcə kitabdakı məlumatı verməməlidir. Şagirdlər özləri araşdırmağı, öyrənməyi, yeri gələndə həm də öyrətməyi bilməlidirlər. İnanın, bu iki aylıq müəllimlik təcrübəmdə uşaqlardan o qədər yeni məlumatlar almışam ki! Şagirdlərimin araşdırmaları, sualları məni yerimdə durmağa qoymur və inkişaf etdirir”. 

F.Cəbrayılova xatırlayır ki, abituriyent olduğu zamanlar müəllimliyi bitirən, lakin digər işlə məşğul olan gəncləri görürdü. Artıq istedadlı, bacarıqlı gənclər məhz müəllim olmağa üstünlük verir və bu çox sevindiricidir: “Mən hər gün məktəbdə şagirdlərimlə göz-gözə gələndə müəllimliyin sevincini yaşayıram. Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin əməkhaqlarındakı artım, ucqar kəndlərdə işləyən müəllimlərə əlavə maddi dəstək də gənclərin bu peşəyə marağının artmasına səbəb olub. Müəllimin özünü inkişaf etdirməsi, müxtəlif kurslara qoşulması üçün yüksək nəvacibə ehtiyacı var. Bu gün sizin bizi bura dəvət edərək müsahibə almağınız müəllimə verilən dəyər və olduqca böyük stimuldur. Müəllimlik həmişə nüfuzlu peşə olub, cəmiyyətimizdə müəllim adı həmişə uca tutulub. Statusundan, tutduğu yerdən asılı olmayaraq hər kəs müəllimlərə hörmətlə yanaşıb. Gənclər bu dəyəri, hörməti gördükcə müəllimliyə olan marağı daha da artır”. 

Gənc müəllim qeyd edir ki, işlədiyi lisey kollektivi arasında ən cavan müəllimdir: “Mən 7, 8, 9, 10-cu siniflərə dərs deyirəm. Hətta 10 “c” sinfinin rəhbəriyəm. Tələbəlikdən birbaşa müəllimliyə keçid etdiyim üçün bəzi çətinliklərim olur, lakin tez bir zamanda öhdəsindən gəlirəm. Şagirdlərimin öyrənməyə marağı böyükdür. Lisey olduğu üçün seçilmiş şagirdlərə dərs deyirəm. Əksəriyyəti tibb ixtisasına hazırlaşan uşaqlardır və biologiya fənninə böyük maraq göstərirlər”. 

Gələcək planları haqqında danışan müəllim deyir ki, əsas hədəfi biologiya müəllimi olaraq gələcəyin güclü həkimlərini yetişdirməkdir: “Tibb sahəsində yetərincə yaxşı həkimə ehtiyac var və həmişə də olub. Fikrimcə, bütün ixtisaslar önəmlidir, ancaq cəmiyyətin iki dirəyi varsa, biri müəllim, digəri həkimdir. Çox sevinirəm ki, bu iki dirəyin arasında bir körpüyəm. Daha sonra şagirdlərimin respublika və beynəlxalq olimpiadalarda yüksək yer tutmasını hədəfləyirəm. Öz fənnimi ingilis dilində tədris etməyə çalışıram, Azərbaycanın gənc müəllimini dünyada təmsil etmək üçün xarici dil biliklərimi təkmilləşdirirəm, tədbirlərdə iştirak edirəm”. 

Raul Qarayev

Xəbər Lenti

AzMİU “QS Sustainability 2026” reytinqində ölkənin lider universiteti elan olunub19.11.2025 - 20:00
Şərqşünas-alim Harvard Universitetinin sertifikatını alıb19.11.2025 - 19:50
UNEC Tələbə Startap Müsabiqəsi elan edir!19.11.2025 - 19:40
Sultan Raev: TÜRKSOY Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı hazırlıq işlərini fəal şəkildə davam etdirir19.11.2025 - 19:34
BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət edilib19.11.2025 - 19:30
Maliyyə və mühasibat fakültəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib19.11.2025 - 19:20
Görkəmli yeseninşünas alimin yeni kitabı19.11.2025 - 19:11
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin nəzərinə19.11.2025 - 19:09
Bakıda “AİAZ” Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb19.11.2025 - 19:00
Qəbələdə “ASAN Könüllülər” tərəfindən təmizlik aksiyası keçirilib19.11.2025 - 18:59
Coğrafiya üzrə olimpiadaya hazırlıq dərslərinə başlanılıb19.11.2025 - 18:51
Qumru Şəhriyar: "Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən olub"19.11.2025 - 18:45
“Gənc istedadlar” liseyinin iki şagirdi “SAF 2025”in qalibidir19.11.2025 - 18:45
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib19.11.2025 - 18:38
Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalı - “AİAZ”19.11.2025 - 18:30
Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub19.11.2025 - 18:30
“Karyera yolu - 2” layihəsində 28 iştirakçı sertifikatla təltif olunub19.11.2025 - 18:30
“Xarüqələr yaradan qətiyyətli Lider” kitabının təqdimatı olub19.11.2025 - 18:25
Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub19.11.2025 - 18:22
Tərtərdə YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib19.11.2025 - 18:15
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb19.11.2025 - 18:15
SAF 2025-də layihələrlə tanışlıq həyata keçirilib19.11.2025 - 18:12
Elşən Rüstəmov: "Dövlətimizi necə qoruyuruqsa, dilimizi də elə qorumalıyıq"19.11.2025 - 18:00
Rəssamlıq Akademiyasında xüsusi qabiliyyət imtahanları üzrə seminar keçirilib19.11.2025 - 17:59
DİM mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərə müraciət edib19.11.2025 - 17:46
Kamal Abdulla: "Bu gün Azərbaycan dilinin inkişafı ilə bağlı görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir"19.11.2025 - 17:45
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir19.11.2025 - 17:33
Azad Şükürov: "Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsasını təşkil edir"19.11.2025 - 17:30
DİM Doktorantura və dissertantura səviyyəsində danışıq bloku imtahanı ilə bağlı müraciət edib19.11.2025 - 17:20
ADU-da Özbəkistan universiteti ilə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə görüş keçirilib19.11.2025 - 17:15
“Təlimçilər üçün təlim” təşkil edilib19.11.2025 - 17:07
ADU PHŞ İctimaiyyətlə əlaqələr şöbəsində 0,5 ştat baş mütəxəssis vəzifəsinə vakansiya elan edir19.11.2025 - 17:00
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib19.11.2025 - 16:55
ADU EKİXM daha iki beynəlxalq elmi məlumat bazasına sınaq girişi əldə edib.19.11.2025 - 16:45
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib19.11.2025 - 16:42
QƏHRƏMAN TƏRTƏRDƏ BİR GÜN19.11.2025 - 16:32
ADU-da “Beyond Grammar” beynəlxalq ESL konfransı keçiriləcək19.11.2025 - 16:30
“Biznes analiz və çevik yanaşma” mövzusunda təlim təşkil edilib19.11.2025 - 16:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib19.11.2025 - 16:22
ADU PHŞ Magistratura şöbəsinə metodist vəzifəsinə vakansiya elan edir19.11.2025 - 16:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda "açıq dərs" keçirilib19.11.2025 - 16:11
Prezidentin Azərbaycan dili ilə bağlı irəli sürdüyü tələblər Milli Məclisin komissiyasında müzakirə olunacaq19.11.2025 - 16:02
ADU PHŞ Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında laborant vəzifəsinə vakansiya elan edir 19.11.2025 - 16:00
Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb19.11.2025 - 15:58
NDU-da laboratoriyalarla bağlı təlim keçirilib19.11.2025 - 15:49
Kayseridə Türk dünyası şairlərinin iştiraki ilə Beynəlxalq ədəbi toplantı keçirilib19.11.2025 - 15:45
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin NƏZƏRİNƏ!19.11.2025 - 15:38