Təhsil 365 - Logo Mobile

Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub

9319.11.2025 - 18:30
Görkəmli kimyaçı Mübariz Əhmədovun 80 illik yubileyi qeyd olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli kimyaçı, AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun anadan olmasının 80 illiyinə həsr edilmiş iclas keçirilib.

“Tehsil365” xəbər verir ki , institutdan bildirilib ki, tədbirdə bu elmi müəssisənin baş direktoru akademik Dilqəm Tağıyev mərhum alimin Azərbaycanda kimya elminin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, professor Mübariz Əhmədov tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlarından metan və onun konversiya məhsulları ilə termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib-hazırlanıb. Kükürd anhidridini metan və onun konversiya məhsulları ilə reduksiya etmək üçün yüksək effektivliyə malik olan alüminium oksid əsasında hazırlanmış kobalt və nikel tərkibli katalizatorlar təklif olunub. Prosesin nəzəri tərəfləri (termodinamiki və kinetik qanunauyğunluqları) sistematik şəkildə öyrənilib və laboratoriya tədqiqatlarının nəticələri Gəncə əlvan metalların təcrübə zavodunda pilot qurğusunda, sonra Ryazan metallurgiya zavodunda təcrübə-sənaye qurğusunda müvəffəqiyyətlə sınaqdan keçirilib və Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib (1977-1990-cı illər). Onun rəhbərliyi altında 21 kimya elmləri namizədi və elmlər doktoru müdafiə edib, əməkdaşlara elmi məsləhətlərlə kömək edib.

Sonra Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri Arif Heydərov professor Mübariz Əhmədovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.

Bildirilib ki, onun elmi əsərlərinə bir çox Azərbaycan və xarici ölkə alimlərinin işlərində istinad edilib, rəhbərliyi altında 21 elmlər namizədi (fəlsəfə elmləri doktoru), 1 elmlər doktoru hazırlanıb. Mübariz Əhmədov bir çox ölkələrdə (Almaniya, Fransa, Türkiyə, İran, Çexiya, Bolqarıstan və MDB ölkələrində) keçirilən simpozium və konfranslarda Azərbaycanı elm xadimi olaraq təmsil edib.

M.Əhmədovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Kimya elminin inkişafı sahəsində xidmətlərini nəzərə alaraq o, SSRİ Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarları ilə “Fəxri fərman”larla təltif edilib.

Uzun illər səmərəli elmi fəaliyyətinə görə AMEA-nın müxbir üzvü professor Mübariz Əhmədov Prezident İlham Əliyevin 2005-ci il 14 dekabr tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. AMEA-nın müxbir üzvü Mübariz Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Tədbirdə institutun professorlarından İxtiyar Bəxtiyarlı, Asif Məmmədov, Elza Salahova, dosentlərdən Esmira Quluzadə və Sevil Cəfərova alim haqqında ürək sözlərini və xatirələrini bölüşüblər.

Raul Qarayev

Xəbər Lenti

AzMİU “QS Sustainability 2026” reytinqində ölkənin lider universiteti elan olunub19.11.2025 - 20:00
Şərqşünas-alim Harvard Universitetinin sertifikatını alıb19.11.2025 - 19:50
UNEC Tələbə Startap Müsabiqəsi elan edir!19.11.2025 - 19:40
Sultan Raev: TÜRKSOY Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı hazırlıq işlərini fəal şəkildə davam etdirir19.11.2025 - 19:34
BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət edilib19.11.2025 - 19:30
Maliyyə və mühasibat fakültəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib19.11.2025 - 19:20
Görkəmli yeseninşünas alimin yeni kitabı19.11.2025 - 19:11
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin nəzərinə19.11.2025 - 19:09
Bakıda “AİAZ” Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb19.11.2025 - 19:00
Qəbələdə “ASAN Könüllülər” tərəfindən təmizlik aksiyası keçirilib19.11.2025 - 18:59
Coğrafiya üzrə olimpiadaya hazırlıq dərslərinə başlanılıb19.11.2025 - 18:51
Onlar niyə müəllimliyi seçirlər? - Gənc müəllimlərlə söhbət19.11.2025 - 18:49
“Gənc istedadlar” liseyinin iki şagirdi “SAF 2025”in qalibidir19.11.2025 - 18:45
Qumru Şəhriyar: "Aşıq Səfili vətən həsrətini poetik dillə ifadə edən şairlərdən olub"19.11.2025 - 18:45
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib19.11.2025 - 18:38
“Karyera yolu - 2” layihəsində 28 iştirakçı sertifikatla təltif olunub19.11.2025 - 18:30
Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalı - “AİAZ”19.11.2025 - 18:30
“Xarüqələr yaradan qətiyyətli Lider” kitabının təqdimatı olub19.11.2025 - 18:25
Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub19.11.2025 - 18:22
Tərtərdə YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib19.11.2025 - 18:15
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb19.11.2025 - 18:15
SAF 2025-də layihələrlə tanışlıq həyata keçirilib19.11.2025 - 18:12
Elşən Rüstəmov: "Dövlətimizi necə qoruyuruqsa, dilimizi də elə qorumalıyıq"19.11.2025 - 18:00
Rəssamlıq Akademiyasında xüsusi qabiliyyət imtahanları üzrə seminar keçirilib19.11.2025 - 17:59
DİM mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərə müraciət edib19.11.2025 - 17:46
Kamal Abdulla: "Bu gün Azərbaycan dilinin inkişafı ilə bağlı görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir"19.11.2025 - 17:45
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir19.11.2025 - 17:33
Azad Şükürov: "Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsasını təşkil edir"19.11.2025 - 17:30
DİM Doktorantura və dissertantura səviyyəsində danışıq bloku imtahanı ilə bağlı müraciət edib19.11.2025 - 17:20
ADU-da Özbəkistan universiteti ilə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə görüş keçirilib19.11.2025 - 17:15
“Təlimçilər üçün təlim” təşkil edilib19.11.2025 - 17:07
ADU PHŞ İctimaiyyətlə əlaqələr şöbəsində 0,5 ştat baş mütəxəssis vəzifəsinə vakansiya elan edir19.11.2025 - 17:00
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib19.11.2025 - 16:55
ADU EKİXM daha iki beynəlxalq elmi məlumat bazasına sınaq girişi əldə edib.19.11.2025 - 16:45
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib19.11.2025 - 16:42
QƏHRƏMAN TƏRTƏRDƏ BİR GÜN19.11.2025 - 16:32
ADU-da “Beyond Grammar” beynəlxalq ESL konfransı keçiriləcək19.11.2025 - 16:30
“Biznes analiz və çevik yanaşma” mövzusunda təlim təşkil edilib19.11.2025 - 16:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib19.11.2025 - 16:22
ADU PHŞ Magistratura şöbəsinə metodist vəzifəsinə vakansiya elan edir19.11.2025 - 16:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda "açıq dərs" keçirilib19.11.2025 - 16:11
Prezidentin Azərbaycan dili ilə bağlı irəli sürdüyü tələblər Milli Məclisin komissiyasında müzakirə olunacaq19.11.2025 - 16:02
ADU PHŞ Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında laborant vəzifəsinə vakansiya elan edir 19.11.2025 - 16:00
Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb19.11.2025 - 15:58
NDU-da laboratoriyalarla bağlı təlim keçirilib19.11.2025 - 15:49
Kayseridə Türk dünyası şairlərinin iştiraki ilə Beynəlxalq ədəbi toplantı keçirilib19.11.2025 - 15:45
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərin NƏZƏRİNƏ!19.11.2025 - 15:38