Cari ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min 900 nəfər olub.
“Tehsil365” "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onların 51,2%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat olub.

