Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Aysel Mustafabəyli “4Si Akademiyası – Milli Proqram” layihəsinə qoşulub və beynəlxalq sertifikatlara layiq görülüb.
“Tehsil365” bildirir ki, layihə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Bu kurslar vasitəsilə Aysel Mustafabəyli müasir təhsil modelləri, pedaqoji innovasiyalar, kurikulumun hazırlanması, kognitiv psixologiya və neyropsixologiya, sosial pedaqogika və təhsildə qlobal trendlər kimi sahələrdə dərin biliklər əldə edib.
O, Coursera beynəlxalq təhsil platformasında dünyanın aparıcı universitetləri – University of Cambridge, The University of Hong Kong, University of London, Universitat Autònoma de Barcelona və University of Illinois Urbana-Champaign tərəfindən təqdim olunan müxtəlif ixtisasartırma kurslarını uğurla tamamlayıb.
Əldə etdiyi biliklər sayəsində müəllim dərslərini daha maraqlı, effektiv və tələbəyönümlü şəkildə qurub və beynəlxalq təcrübəni dərs prosesinə uğurla inteqrasiya edib.

