Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
“Tehsil365” bildirir ki, konfransda dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan alimlər, süni intellekt üzrə mütəxəssislər, müəllimlər, media nümayəndələri və tələbələr iştirak edəcəklər.
Konfransda dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi, sosiolinqvistika), tərcüməşünaslıq (maşın tərcüməsi), ədəbiyyatşünaslıq (Ədəbiyyat süni intellekt dövründə), xarici dillərin tədrisi metodikası, psixologiya və fəlsəfə, media tadqiqatları üzrə məruzələr dinləniləcək.
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək
10320.11.2025 - 16:15

