Təhsil 365 - Logo Mobile

BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib

10620.11.2025 - 17:45
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5-ci ildönümünə həsr olunan “Peşəkar gələcəyə doğru körpü” – ixtisaslaşmış Karyera Sərgisi keçirilib.

"Tehsil365” xəbər verir ki, sərginin keçirilməsində məqsəd tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərlə bir araya gətirərək, onların karyera imkanlarını nümayiş etdirmək, regionun bərpa və inkişafı prosesində gənclərin iştirakına dəstək olmaqdır.

Tədbirdə universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, bu il ölkəmiz üçün çox əlamətdardır, xalqımız Qarabağda tarixi Zəfərimizin 5 illik yubileyini və “Konstitusiya və Suverenlik İli”ni qeyd edir. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri, yalnız iqtisadi deyil, geniş sosial, mədəni layihələr həyata keçirilir, “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Məhz bu baxımdan BDU-nun tələbə-məzunlarının Qarabağ və Şərqi Zəngəzurda iş imkanları ilə tanış edilməsinə böyük ehtiyac var: “BDU tələbələri həmişə ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatının avanqardı olublar. İnanırıq ki, universiteti hər il bitirən 6000-dən artıq məzunun çox hissəsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində yaxından iştirak edəcək, azad edilmiş torpaqlarımızın çiçəklənməsinə töhfə verəcək”.

Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə çıxışında bildirib ki, son illər dövlətimizin əsas strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşmasıdır: “Bugünkü sərgidə Dövlət Məşğulluq Agentliyi BDU-nun tələbə və məzunlarına karyera dəstəyi proqramları, təcrübə və iş yerləri təklif edir. Qarabağ və Şərqi Zəngəzurda dövlət və özəl sektor tərəfindən açılan minlərlə vakansiya, sosial təminat tədbirləri, güzəştlər və inkişaf perspektivləri sizin üçün böyük üstünlük yaradır. Azad olunmuş ərazilərdə işləmək əvəzolunmaz təcrübə deməkdir. Bununla siz həm də tarixi bir missiyada iştirak edəcəksiniz”.

Sərgidə Şərqi Zəngəzur və Qarabağ üzrə iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə fəaliyyət göstərən 12 şirkət iştirak edib. Sərgi iştirakçıları qeyd edilən sahələr üzrə təcrübə və könüllülük proqramları ilə, regionun inkişaf istiqamətlərini və şirkətlərin real iş prinsiplərini özündə əks etdirən təqdimatlarla tanış olmaq imkanı qazanıblar. İki mindən artıq tələbə və məzun vakansiya və təcrübə proqramlarına müraciət etmək, CV təqdim etmək imkanına sahib olublar.

Sonra universitet və əmək bazarı arasında səmərəli tərəfdaşlığın formalaşdırılması məqsədilə Karyera və məzunlarla iş mərkəzinin əməkdaşlarının və şirkət nümayəndələrinin iştirakı ilə şəbəkələşmə görüşü təşkil edilib. Görüşdə Mərkəzin fəaliyyət portfeli təqdim olunaraq, əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə edilib.

Aysel Paşayeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05