“Google” yeni nəsil süni intellekt modeli “Gemini 3”ü istifadəyə verib. Şirkət modeli “Google Axtarış” da daxil olmaqla, bütün əsas xidmətlərinə inteqrasiya edir.
“Tehsil365” “Google”un açıqlamasına istinadın xəbər verir ki, “Gemini 3”ün yeni funksiyaları öncə ABŞ-dəki “Gemini Pro” və “Ultra” abonentlərinə, daha sonra isə qlobal istifadəçilərə təqdim olunacaq.
Yeni versiyanın ən böyük yeniliyi “Google Axtarış”a əlavə edilən “düşünmə” modudur. Bu funksiya istifadəçilərə daha dərindən işlənmiş, yaradıcı və məhsuldar cavablar verməyi hədəfləyir.
Şirkət “Gemini 3”də “halüsinasiya”ların və zərərli istifadənin qarşısını almaq üçün əlavə təhlükəsizlik sistemləri qurduğunu vurğulayıb. Modelin cavablarının daha qısa və dəqiq olacağı deyilir.
“Gemini 3”, eyni zamanda, texnoloji şirkətlərin milyardlarla dollarlıq süni intellekt yarışında “Google” üçün əsas mərhələ hesab olunur. “Alphabet”in bazar dəyəri hazırda 3,4 trilyon dollara yaxınlaşır.
“Google” “OpenAI” və “Anthropic”in yeni modellərindən sonra axtarış sistemində də yeniliklərə gedərək, “AI Overviews” funksiyasını genişləndirib.

