Təhsil 365 - Logo Mobile

AzMİU-da Türk dövlətlərinin sosial-mədəni inteqrasiyasına həsr olunmuş konfrans keçirilib

10420.11.2025 - 14:04
AzMİU-da Türk dövlətlərinin sosial-mədəni inteqrasiyasına həsr olunmuş konfrans keçirilib

Noyabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir İpək Yolu üzərində Türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

‘‘Tehsil365’’ xəbər verir ki, tədbir AzMİU, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və “Ingla International Education Training Center” tərəfindən birgə təşkil olunub.

Açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Kokand Universitetinin elmi işlər üzrə prorektoru, professor Zebohan Kobilova və “Ingla International Education Training Center”in rəhbəri Lalə Nəsibova çıxış ediblər.

Açılış nitqlərində müasir İpək Yolunun Türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin güclənməsində oynadığı rol, regional əməkdaşlığın genişləndirilməsi, elmi-humanitar əlaqələrin yeni mərhələyə keçidi və qarşıda duran strateji vəzifələr vurğulanıb.

Plenar iclas çərçivəsində bir sıra aktual mövzular üzrə elmi məruzələr təqdim olunub.

Türkiyənin Ərzincan Universitetindən professor Kərəm Karabulut “Türk dünyasında sosial-mədəni inteqrasiya: tarixi irsdən gələcəyə doğru” mövzusunda çıxış edərək Türk dünyasının ortaq mədəni irsinin müasir inteqrasiya modelində oynadığı strukturlaşdırıcı rola diqqət çəkib.

Özbəkistanın Kokand Universitetinin professoru Maqsud Asadov “Along the Modern Silk Road: spiritual elevation and Khorezm enlightenment” mövzusunda məruzəsində müasir İpək Yolu boyunca mənəvi yüksəliş, elmi maarifçilik və Xarəzm elmi ənənələrinin bu gün üçün əhəmiyyətindən danışıb.

Türkiyənin Başkent Universitetinin professoru İsmayıl Aydıngün “İpək yolu boyunca Türk dövlətlərinin sosio-kultural inteqrasiya prosesləri” mövzusunda çıxışında İpək Yolunun tarixən yaratdığı sosial-mədəni şəbəkələşməni, hazırda isə regional inteqrasiyanın sosial elmlər baxımından mahiyyətini təhlil edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Faiq Ələkbərli isə “Türk fəlsəfə tarixi və müasirlik” mövzusunda məruzə edərək Türk fəlsəfə irsinin müasir intellektual mühitdə yenidən qiymətləndirilməsi və aktuallaşdırılması məsələlərinə toxunub.

Plenar məruzələrdən sonra müzakirələr aparılıb və çıxışların elmi-nəzəri nəticələri üzrə bir sıra təkliflər səsləndirilib.

Konfransın ikinci hissəsi bölmə iclasları ilə davam edib.

“Tarixi-mədəni irs və müasir interpretasiyalar” adlı A bölməsinə tarix elmləri doktoru Eynulla Mədətli, “Süni intellekt, rəqəmsallıq və fəlsəfə” mövzulu B bölməsinə isə fəlsəfə elmləri doktoru Füzuli Qurbanov moderatorluq edib.

Bölmə iclaslarında Türk dünyasının tarixi-mədəni sərvətlərinin müasir kontekstdə şərhi, rəqəmsallaşmanın mədəni inteqrasiyaya təsiri, süni intellekt və fəlsəfi baxışların sosial transformasiyadakı rolu kimi məsələlər geniş şəkildə müzakirə olunub.

Konfransın sonunda iştirakçılar Türk dövlətləri arasında humanitar və elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflərlə çıxış ediblər.

Səma Qarayeva

Xəbər Lenti

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür21.11.2025 - 20:01
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır21.11.2025 - 19:49
Bakıda otelin 4 işçisi faciəvi şəkildə öldü - Adlar21.11.2025 - 19:37
"Türk xalqlarının dövlətçilik tarixi" kitabı çıxdı21.11.2025 - 19:25
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu 21.11.2025 - 19:16
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki-Zaqatalada üzv təşkilatlarla görüşüb21.11.2025 - 18:59
Mingəçevir Turizm Kolleci intellektual yarışda iştirak edib21.11.2025 - 18:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub21.11.2025 - 18:25
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibələr davam edir21.11.2025 - 18:14
BDU-da “İş dünyası çağırır” mövzusunda təlim keçirilib21.11.2025 - 18:02
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclası keçirilib21.11.2025 - 18:00
Peşə təhsili sahəsində əməkdaşlıq görüşü keçirilib21.11.2025 - 17:52
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 17:45
Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub21.11.2025 - 17:30
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan seminar keçirilib21.11.2025 - 17:30
ATGTİ Azərbaycan Dillər Universitetinə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edib21.11.2025 - 17:15
BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar keçirilib21.11.2025 - 17:08
“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub21.11.2025 - 17:00
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb21.11.2025 - 16:55
“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib21.11.2025 - 16:45
Elm və təhsil nazirinin müşaviri BDU-da seminar keçib21.11.2025 - 16:43
“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib21.11.2025 - 16:33
ADU müəllimləri IV Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər21.11.2025 - 16:30
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib21.11.2025 - 16:18
ADU-nun müəllimi Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib21.11.2025 - 16:15
ADPU-da Elmi Şuranın növbəti iclası keçirilib21.11.2025 - 16:03
62 yaşında universitet məzunu oldu21.11.2025 - 15:46
Lənkəranda qədim meşə qalıqları üzə çıxıb 21.11.2025 - 15:30
ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub 21.11.2025 - 15:17
"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün"-Zəfərlə bağlı tədbir keçirilib21.11.2025 - 14:52
“TikTok”da daha bir yenilik21.11.2025 - 14:45
Uşaqlar Birliyinin sığınacağından itkin düşən gənc tapıldı21.11.2025 - 14:37
Lənkəranda ANİMAFİLM festivalı keçirilib 21.11.2025 - 14:22
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib21.11.2025 - 13:42
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05