Təhsil 365 - Logo Mobile

Gələn il iki dəfə Günəş və Ay tutulması baş verəcək

20220.11.2025 - 15:04
Gələn il iki dəfə Günəş və Ay tutulması baş verəcək

Gələn il iki dəfə Günəş və Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Təhsil365”ə verilən xəbərə görə, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək.

Bu, tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari Günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq. Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyə bənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır. Ay kölgəsinin orta uzunluğu 373 320 km-dir, lakin 2026-cı il fevralın 17-də Ayın Yerdən məsafəsi 387 663 km təşkil edəcək. Buna görə də Ayın kölgəsi Yer səthinə çatmayacaq. Nəticədə Ay Günəş diskinin yalnız 0,963 hissəsini örtəcək və Günəşin nazik parlaq halqası görünəcək. Halqavari tutulma zamanı Günəşin bu parlaq halqası Günəş tacını (koronanı) və Günəşin yaxınlığında yerləşən ulduzları görməyə imkan vermir.

Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada (yalnız Yeni Zelandiya istiqamətinə baxan sahil zolaqları istisna olmaqla), həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda (qərb və şimal-qərb rayonları istisna olmaqla), Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda, həmçinin Atlantik okeanının cənub zonasında və Hind okeanının cənub-qərb və cənub hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

İlin 2-ci Günəş tutulması gələn il avqustun 12-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək.

Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46:06-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57:54-də başlayıb, saat 22:30:01-də başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 320 km-dir. 2026-cı il avqustun 12-də isə Yer və Ay arasındakı məsafə 359 445 km təşkil edəcək. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olacaq. Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunacaq. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək. Bu, tam Ay tutulması olacaq. Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur və səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır. Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır. Yarımkölgəli Ay tutulması saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək "Qanlı Ay" tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin 2-ci Ay tutulması avqustun 28-də baş verəcək. Bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.

Zərda Əliyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05