Dövlət İmtahan Mərkəzi tərəfindən 20 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Keyfiyyətin idarəedilməsi” mövzusunda onlayn formada təlim keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara keyfiyyət nədir? (QA), Keyfiyyətin təmin olunması və (QC) Keyfiyyətin idarə olunması arasındakı fərq, dəyər zənciri, Lean Six Sigma-Keyfiyyətin təkmilləşdirilməsi, biliyin idarə olunması, Kaizen və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

