"3I/ATLAS" kometi Yerdən təhlükəsiz məsafədə yerləşdiyi üçün planet üçün heç bir təhlükə yaratmır.
"Təhsil365" xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Elm Missiyası Direktorluğunun administratorunun müavini Niki Foks bildirib."3I/ATLAS Yer üçün təhlükəli deyil"-deyə, o, açıq mətbuat konfransı zamanı əmin edib.
Onun sözlərinə görə, obyekt Yerdən Günəşə olan məsafədən demək olar ki, iki dəfə böyük məsafədə yerləşir.

