Təhsil 365 - Logo Mobile

YAP – Ucalığa aparan yolun 33 ili

21820.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili

Azərbaycanın müasir siyasi tarixində elə günlər var ki, bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yaddaşlara həkk olunur.

1992-ci ilin 21 noyabrında yaranan və bir qərinə zəngin inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası da məhz belə bir tarixi çağırışın cavabı, xalqın səsi, sabaha inamın yeni nəfəsi idi. Bu gün artıq 33 il ötür və həmin tarixi yolun ardınca dönüb baxdıqda, bir partiyanın deyil, bütöv bir dövlətin dirçəliş salnaməsi görünür. YAP-ın yaranışı bir siyasi qərarın yox, bir milli ehtiyacın məhsulu idi. Ölkənin taleyində dərin sarsıntıların yaşandığı, xalqın sabaha ümid axtardığı bir zamanda Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, xalqla döyünən qəlbi bu ideyanı doğurdu.

Bu ideya təkcə siyasi qüvvənin deyil, dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və inkişaf yolunun əsası oldu. YAP-ın hakimiyyətə gəlişi ilə Azərbaycan sözün əsl mənasında dönüş yaşadı. Ölkəni parçalanmaqdan xilas edən, iqtisadi çöküşü dayanıdıran, vətəndaşları sabaha inandıran sabitlik məhz həmin tarixi illərdə formalaşdı. Bu yol ucalığa aparan yol idi, çünki dövlətçilik möhkəmləndikcə Azərbaycan həm regionda, həm də dünyada öz imzasını yazmağa başladı. 2003-cü ildən etibarən YAP-ın siyasi xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni naxışlar qazandı. Müasir idarəçilik modeli, iqtisadi islahatlar, ordunun güclənməsi, beynəlxalq nüfuzun artması – bunlar artıq 33 illik yolun ikinci irimiqyaslı mərhələsi idi.

Azərbaycanın güclənən dövlət institutu, dünyada tanınan enerji siyasəti, regionun strateji güc mərkəzinə çevrilməsi YAP-ın siyasi xəttinin davamlılığı və xalqdan aldığı etimadın göstəricisidir. YAP-ın 33 illiyi eyni zamanda bir ideyanın, bir amalın uzun və sarsılmaz yoludur. Bu yolun daşını-talvarını xalq özü qoyub. Partiya yalnız siyasi qurum deyil – ölkənin modernləşmə fəlsəfəsi, yeniləşmə enerjisi, düşüncədə və idarəçilikdə dinamikanın daşıyıcısıdır. Bu gün YAP-ın fəaliyyəti yalnız siyasi müstəvidə deyil, sosial, humanitar və elmi-intellektual sahələrdə də yenilikləri ilə seçilir.

Rəqəmsal inkişaf, sosial ədalətin gücləndirilməsi, gənclərin dövlət idarəçiliyində fəal iştirakı – partiyanın müasir dövrün tələblərinə uyğunlaşmasının bariz nümunələridir. 33 il – tarix üçün qısa müddət sayıla bilər. Amma dövlətçilik baxımından bu, bir əsrə bərabər dəyişikliklərin yaşandığı illərdir. Bugün YAP yalnız qürurla dolu keçmişə yox, həm də böyük və iddialı gələcəyə baxır. Qarşıdakı illərdə ölkəni daha da gücləndirmək, müasir dövlət modelini daha da möhkəmləndirmək partiyanın başlıca məqsədidir. YAP-ın 33 illik yolu – yalnız siyasi təqvimdə qeyd olunan tarix deyil. Bu yol Azərbaycanın qurtuluş salnaməsi, inkişaf dastanı və sabaha inamının ifadəsidir. Bu gün YAP – ucalığa aparan yolun 33 illik daşıyıcısı, xalqın etimadından güc alan siyasi iradə, dövlətçiliyin möhkəm dayağıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Gülöyşə Azadqızı

Zərda Əliyeva

Xəbər Lenti

Mingəçevir Dövlət Universiteti yaşıl transformasiya istiqamətində yeni əməkdaşlığa hazırlaşır18.07.2026 - 16:42
Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi yekunlaşıb18.07.2026 - 16:36
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib18.07.2026 - 16:32
ADU-nun Yay Məktəbi beynəlxalq iştirakçıların yüksək qiymətini qazanıb18.07.2026 - 16:18
Qusar Teatrı mövsüm bağlanışını açıq səma altında qeyd edib18.07.2026 - 15:30
“VətəndəSƏN” layihəsi Qarabağda sahibkarları bir araya gətirib18.07.2026 - 15:16
Kəlbəcərdə iməcilik: şəhər ərazisi təmizlənib18.07.2026 - 15:02
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16
Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir17.07.2026 - 15:01
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Zamin Kərimov göstərib17.07.2026 - 14:30
Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb - FOTOLAR17.07.2026 - 14:24
UNEC-də abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək17.07.2026 - 14:15
BDU tələbələri beynəlxalq "IT SkillSprint" proqramını uğurla tamamladı - FOTOLAR17.07.2026 - 14:10
SDU-dan beynəlxalq tələbələrə yeni təhsil imkanı 17.07.2026 - 13:53
Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar17.07.2026 - 13:47
Qəbul imtahanında maksimum bal toplayanlar17.07.2026 - 13:42
Məktəbəhazırlıq qruplarına məktəb seçimi başlayır17.07.2026 - 13:38
AzTU-nun 20 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib17.07.2026 - 13:35