Təhsil 365 - Logo Mobile

MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib

20220.11.2025 - 15:53
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib

Mingəçevir Dövlət Universitetinin (MDU) 2020-ci il Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış məzunu Əzəmi Hüseynovun ev-muzeyində qorunan Azərbaycan bayrağı Türkiyə Cumhuriyyətinin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin nəzdində fəaliyyət göstərən Bayrakbilim və Türk Bayraqları Muzeyinə hədiyyə edilib.

"Təhsil365" xəbər verir ki, bu addım həm şəhidimizin əziz xatirəsinə dərin ehtiramın, həm də Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığının rəmzi kimi böyük önəm daşıyır.Bayraq əmanəti MDU-ya şəhidin anası Sayad Hüseynova tərəfindən təqdim olunub. O, oğlunun müqəddəs xatirəsini əbədiləşdirən bu təşəbbüsün qardaş ölkədə layiqli şəkildə qarşılanmasından qürur duyduğunu bildirib. MDU rəhbərliyi Sayad xanımın bu nəcib addımına görə ona xüsusi təşəkkürünü ifadə edib.Hazırda Türkiyədə işgüzar səfərdə olan MDUun nümayəndə heyəti bayrağı Dokuz Eylül Universitetinin rəhbərliyinə təqdim edib. Hədiyyəni universitetin prorektoru prof. Dr. Dilşen İnce Erdoğan və Beynəlxalq Əməkdaşlıq Ofisinin müdiri prof. Dr. Mübeccel Danu Durukan Salı qəbul edib. Onlar bu mənalı hədiyyəni böyük ehtiram və duyğusal dəyərlə qarşıladıqlarını vurğulayaraq, bayrağın Türk Bayraqları Muzeyində xüsusi guşədə sərgilənəcəyini bildiriblər.

Universitet rəhbərliyi MDU-nun rektoru Anar Eminova və şəhidin anası Sayad Hüseynovaya təşəkkürnamə təqdim edərək iki ali təhsil müəssisəsi arasında humanitar və mədəni əməkdaşlığın daha da genişlənəcəyinə əminliklərini ifadə edib.Bu addım bir daha təsdiqlədi ki, Azərbaycan–Türkiyə qardaşlığı yalnız rəsmi münasibətlərdə deyil, şəhidlərin əziz xatirəsinə göstərilən ehtiramda da özünün ən ali ifadəsini tapır. MDU bu dəyərli təşəbbüs vasitəsilə həm şəhidimizin ruhuna ehtiramını, həm də “bir millət, iki dövlət” birliyinin sarsılmazlığını bir daha nümayiş etdirib.

Zərda Əliyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05