Təhsil 365 - Logo Mobile

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş elmi konfrans keçirilib

10120.11.2025 - 13:07
“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş “Universal və milli dəyər fəlsəfəsinin tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İrlandiya, Böyük Britaniya və ABŞ-dan (onlayn) olan alim və mütəxəssislər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təbrikini tədbir iştirakçılarına çatdırıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verən beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışıb və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.

Professor qeyd edib ki, Akademiyanın 80 illiyi ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev elmi inkişafında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb, bu istiqamətin ölkələrin gələcək inkişafında mühüm rol oynadığını bildirib. Dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasının milli məsələ olduğunu qeyd edib və hər bir vətəndaşın bu işə məsuliyyətlə yanaşmalı olduğunu deyib.

Fəlsəfənin problemlərinə diqqət çəkərək bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Fəlsəfə və ideologiya haqqında danışan İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.

Tədbirdə çıxış edən akademik Gövhər Baxşəliyeva Fəlsəfə Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik edib, konfransın əhəmiyyətindən və faydasından danışaraq institutun alimlərinə elmi fəaliyyətlərində uğurlar diləyib.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elmi və aliminə yüksək dəyər verməklə bərabər, Azərbaycan elmi qarşısında qoyduğu vəzifədən danışaraq, dövlət başçısının nitqində Azərbaycan dili və tarixi ilə bağlı alimlərə xüsusi tapşırıqların öz əksini tapdığını deyən akademik Prezidentin vurğuladığı əsas məqamlar kimi, Azərbaycan tarixinin daha doğru və elmi şəkildə tədqiqinin, Azərbaycan dilinin saflığının qorunmasının labüdlüyünü vurğulayıb.

Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “AMEA-nın prioritetlərində fəlsəfə”, Qalatasaray Universitetinin professoru Paul Ballanfat və Hafssa Bekhelouf “Fəlsəfənin milliliyi (The Nationalism of Philosophy)”, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, beynəlxalq politoloq Dr. Niel Watson “Qlobal çağırışlar dövründə ümumbəşəri və xüsusi dəyərlərin kəsişməsinin fəlsəfi konteksti (Bridging the universal and the particular:Philosophical values in the era of global challenges)”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Tarixin fəlsəfəsi və dəyərlərə münasibət”, professor Patrik Uolş “Milli özünüdərkin humanist dünya nizamının formalaşmasındakı rolu (Between the individual and humanity stands, and must continue to stand, a great fact - the nation)”, fəlsəfə elmələri doktoru, professor Əbülhəsən Abbasov “Bakıdan dünyaya yayılmış dəyər Q.S, Altşuller nəzəriyyəsi və məktəbi”, professor Rəna Mirzəzadə “Suveren Azərbaycanda universal dəyərlər: siyasi-hüquqi komponentlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Suverenlik fəlsəfəsi haqqında: Azərbaycan konteksti”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Rəqəmsal imperializm və milli suverenliyin qorunması problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov “Elmi-texniki tərəqqi və dəyərlər problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidov “Mirzə Şəfi Vazehin nəğmələrinin Almaniyada Märzrevolution sonrası proseslərə təsiri”, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev “AMEA xalqımızın və dövlətimizin zəngin sərvətidir” və texnika elmləri üzrə fəlsəfə doktoru Heydər İmanov çıxış edərək Fəlsəfə Günü münasibətilə fikirlərini bölüşüblər.

Səma Qarayeva

Xəbər Lenti

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür21.11.2025 - 20:01
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır21.11.2025 - 19:49
Bakıda otelin 4 işçisi faciəvi şəkildə öldü - Adlar21.11.2025 - 19:37
"Türk xalqlarının dövlətçilik tarixi" kitabı çıxdı21.11.2025 - 19:25
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu 21.11.2025 - 19:16
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki-Zaqatalada üzv təşkilatlarla görüşüb21.11.2025 - 18:59
Mingəçevir Turizm Kolleci intellektual yarışda iştirak edib21.11.2025 - 18:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub21.11.2025 - 18:25
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibələr davam edir21.11.2025 - 18:14
BDU-da “İş dünyası çağırır” mövzusunda təlim keçirilib21.11.2025 - 18:02
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclası keçirilib21.11.2025 - 18:00
Peşə təhsili sahəsində əməkdaşlıq görüşü keçirilib21.11.2025 - 17:52
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 17:45
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan seminar keçirilib21.11.2025 - 17:30
Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub21.11.2025 - 17:30
ATGTİ Azərbaycan Dillər Universitetinə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edib21.11.2025 - 17:15
BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar keçirilib21.11.2025 - 17:08
“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub21.11.2025 - 17:00
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb21.11.2025 - 16:55
“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib21.11.2025 - 16:45
Elm və təhsil nazirinin müşaviri BDU-da seminar keçib21.11.2025 - 16:43
“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib21.11.2025 - 16:33
ADU müəllimləri IV Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər21.11.2025 - 16:30
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib21.11.2025 - 16:18
ADU-nun müəllimi Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib21.11.2025 - 16:15
ADPU-da Elmi Şuranın növbəti iclası keçirilib21.11.2025 - 16:03
62 yaşında universitet məzunu oldu21.11.2025 - 15:46
Lənkəranda qədim meşə qalıqları üzə çıxıb 21.11.2025 - 15:30
ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub 21.11.2025 - 15:17
"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün"-Zəfərlə bağlı tədbir keçirilib21.11.2025 - 14:52
“TikTok”da daha bir yenilik21.11.2025 - 14:45
Uşaqlar Birliyinin sığınacağından itkin düşən gənc tapıldı21.11.2025 - 14:37
Lənkəranda ANİMAFİLM festivalı keçirilib 21.11.2025 - 14:22
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib21.11.2025 - 13:42
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05