Təhsil 365 - Logo Mobile

MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

20220.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

2025-ci il 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə oğlanlar arasında fakültələrarası çempionatın final oyunu keçirilib. Universitetin İdman-Sağlamlıq Kompleksində keçirilən oyunda Milli Qəhrəmanın ailə üzvləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri, media və şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.

Öncə, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Tədbiri açılış nitqi ilə açan MDU-nun rektoru Anar Eminov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat yolunun gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. O, universitetdə tələbələrin hərtərəfli inkişafına xidmət edən idman mühitinin gücləndirildiyini diqqətə çatdıraraq qeyd edib ki, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığının artırılması və vətənpərvər ruhda yetişdirilməsi MDU-nun əsas prioritet istiqamətlərindəndir. Rektor çempionatın məhz Milli Qəhrəmanın xatirəsinə həsr olunmasının tələbələrdə milli ruhun möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev ölkəmizdə şəhidlərimizin adının daim uca tutulduğunu, gənc nəslin onların qəhrəmanlığına dərin ehtiramla böyüməsinin vacibliyini qeyd edib. O, bu kimi tədbirlərin gənclərdə həm fiziki hazırlığın, həm də mənəvi məsuliyyət hissinin formalaşmasına mühüm təsir göstərdiyini bildirib.Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək, qardaşı Natiq Qasımovun döyüş yolunun hər zaman gənclər üçün örnək olduğunu söyləyib. O, gənclərin belə yarışlarda bir araya gəlməsini həm yaddaşın yaşadılması, həm də milli dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında regionda idman infrastrukturunun genişləndirilməsi, kütləvi idmanın təşviqi və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışıb. O, MDU-da idman fəaliyyətlərinin ardıcıl şəkildə həyata keçirilməsini müsbət qiymətləndirərək yarış iştirakçılarına uğurlar arzulayıb.Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova çıxışında gənclərin tərbiyəsində idmanın rolunu vurğulayaraq bildirib ki, gənclərin həm təhsildə, həm də idmanda fəallığının artırılması onların gələcək cəmiyyət üçün daha hazırlıqlı və sağlam fərdlər kimi formalaşmasına xidmət edir. O, şəhidlərimizin əziz xatirəsinə həsr olunan belə tədbirlərin məktəb–universitet–cəmiyyət əlaqələrinin gücləndirilməsində mühüm platforma yaratdığını qeyd edib.Gərgin və həyacanla keçən final oyununda Mühəndislik fakültəsinin III kurs tələbələrindən ibarət komanda I yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələrindən ibarət komanda II yerin sahibi olub.

Komandalar kubok və medallarla təltif olunublar.

Qeyd edək ki, MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin davam etdirilməsi, eləcə də tələbələr arasında sağlam həyat tərzinin və kütləvi idmanın daha geniş təbliği istiqamətində fəaliyyətlər ardıcıl şəkildə həyata keçiriləcək.

Zərda Əliyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05