Təhsil 365 - Logo Mobile

Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar

20220.11.2025 - 16:11
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar

Türkiyədə növbəti ildən uğurlu tələbələrin ali təhsil müəssisələrini 3 il müddətində bitirə bilməsinə imkan yaradacaq yeni tənzimləmə mexanizmi tətbiq olunacaq.

Təhsil365” xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Universitet–Sektor İş Birliyi Komissiyasının iclasında bildirib. Universitet rektorları və sənaye sahələrinin rəhbərlərinin birgə toplantısında çıxış edən E.Özvar uğurlu gənclərin arzu etdikləri təqdirdə universiteti 3 ilə bitirə və məzun ola biləcəklərini qeyd edib.“Bu sahədə iş aparırıq. Burada əsas məsələ ali məktəbin tədris proqramının nəticələrinin və mənimsənilməsinin tələbə tərəfindən əldə edildiyinin anlaşılması, yoxlanılması və təsdiqlənməsidir. Etməyə çalışdığımız şey eyni və ya yenilənmiş proqramı daha qısa müddətdə bitirə biləcək tələbələrin yolunu açmaqdır. Bu fəaliyyətlərimiz gələn ildən etibarən həyata keçiriləcək”, - deyə YÖK sədri bildirib. Sənaye və xidmət sektorunda ixtisaslı kadr təminatında yaşanan çətinliklərə toxunan E.Özvar bacarıq çatışmazlığının səbəblərini düzgün analiz etməyin əhəmiyyətinə diqqət çəkərək əlavə edib:“Ali Təhsil Şurası olaraq hədəfimiz bütün ekosistemi bu dəyişiklik, transformasiya ilə uğunlaşa biləcək şəkildə yenidən qurmaqdır. Ölkəmizin həm zehni bacarıq tələb edən sahələrdə, həm də tətbiqi biliyi yüksək olan işçi qüvvəsinə ehtiyacı var. Yüksək əlavə dəyər yaratmaq yalnız bu iki bacarıq dəstinin uyğunlaşdırılması ilə mümkün ola bilər. Yəni təkcə fiziki, güc tələb edən bacarıqlara deyil, eyni zamanda ən az onlar qədər intellektual və zehni bacarıqlara ehtiyac var. Bununla yanaşı, beynəlxalq işçi qüvvəsi bazarında istedad cəlb edə biləcək bir mühitin gücləndirilməsi və yenidən bacarıq qazandırma investisiyalarının artırılması da böyük əhəmiyyət daşıyır”.

E.Özvar bildirib ki, dövlət, universitetlər, özəl sektor və qeyri-hökumət təşkilatları birlikdə hərəkət etməli, Türkiyənin milli bacarıq məkanını genişləndirməli, zənginləşdirməli, gəncləri gələcəyin peşələrinə hazırlamalı və çalışanların kompetensiyalarını daim yeniləməlidirlər. “Bu artıq ümumi bir zərurətə çevrilib”.

“Tətbiqi təhsil modelini bütün ölkədə yaymaq istəyirik”

E.Özvar qarşıdakı dövr üçün müəyyən etdikləri ən vacib gündəm maddələrindən birinin də subbakalavr və bakalavr səviyyələrini əhatə edən iş yerində tətbiqi təhsil modelinin genişləndirilməsi olacaq. O, bu günə qədər heç bir məqsədə xidmət etməyən və ya təsirsiz qalan təcrübələri iş yerində peşə təliminə çevirəcəklərini bildirib: “Tələbələrimizin yalnız sinifdə deyil, həm də birbaşa iş yerində təcrübə qazanmasına imkan verəcək bu model onları daha hazırlıqlı, məhsuldar və məşğulluğa yönəlmiş fərdlərə çevirəcək. Əvvəlcə yeddi pilot vilayətdə - Konya, Qaziantep, İstanbul, Bursa, Kocaeli, İzmir və Ankarada tətbiqi təhsil modelini əldə edilən nəticələrdən asılı olaraq qısa müddətdə ölkə miqyasında genişləndirməyi hədəfləyirik. İnanıram ki, bu yanaşma, tələbələrimizin təhsil proseslərini real iş mühitləri ilə birləşdirən və təkcə peşə məktəblərində deyil, həm də bakalavr proqramlarında məşğulluqla birbaşa əlaqə quran ali təhsilə bir yanaşmanı institusionallaşdıracaq".

“Yeni təcrübə modelini tətbiq etməyə tam iradəliyik”

E.Özvar tətbiqi təhsil modelinin ən vacib elementlərindən birinin iş təcrübəsi (staj) olduğunu qeyd edib: “Sizinlə bölüşmək istərdim ki, proqramlarımızı tələbələrimizin 20 günlük kimi qısa və məhsuldar olmayan təcrübələr əvəzinə, kurikulumların təbiətindən asılı olaraq peşə məktəblərində 3+1 və ya 2+2, bakalavr proqramlarında isə 7+1 və ya 6+2 kimi təcrübələr vasitəsilə peşəkar təcrübə qazandıqları bir modelə çevirməyə başlamışıq və bu mövzuda iradəmiz var. Bu, zaman tələb edən, səbir və mərhələli iş istəyən bir prosesdir. Bu model vasitəsilə tələbələrin istehsal proseslərini yaxından tanıması, iş başında bacarıq inkişaf etdirməsi və məzun olduqdan sonra daha sürətli şəkildə məşğulluğa keçməsi mümkün olacaq. Eyni zamanda iş yerlərindən gələn rəylər universitetlərimizin tədris proqramlarının yenilənməsində müəyyənedici rol oynayacaq, sektorun ehtiyaclarına sürətli uyğunlaşan dinamik bir təhsil ekosisteminin formalaşmasına töhfə verəcək”.

Zərda Əliyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05