I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində keçirilən konsert proqramında “Koroğlu” dastanından bir parça səsləndirəcəyəm. Doqquz il əvvəl də Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə iştirak etmişdim. İllər sonra yenidən eyni məkanda səhnəyə çıxmaq mənim üçün xoş duyğudur.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki,
Təqdim etdiyi əsərə təkrar hazırlaşmadığını bildirən ifaçı deyib: “Səsləndirdiyim parça uzun illərdir ifa etdiyim əsərdir. Azərbaycan öz musiqi ab-havası, mədəni mühiti ilə sənətçiyə xüsusi ilham verir. Bu mühit mənə həm o günlərin həyəcanını xatırladır, həm də sənət yolumda qazandığım təcrübəni bölüşmək imkanı verir”.

