Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Özbəkistanla qarşılaşıb.
Rəqibinə 45:43 hesabı ilə qalib gələn komandamız qızıl medala sahib çıxıb.

