Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarının ümumtəhsil müəssisələrində ibtidai sinif (IV sinif), VI sinif üzrə ana dili, riyaziyyat, təbiət, həmçinin IX sinif üzrə ana dili, riyaziyyat və xarici dil müəllimləri üçün təlimlər təşkil edilib.
“Tehsil365” Dağlıq Şirvan Regional Təhsil İdarəsinin məlumatına əsasən xəbər verir ki, payız tətili müddətində keçirilən təlimlər peşəkar müəllimlər tərəfindən “Kurikulumun məqsədlərinə əsaslanan dərs planlaşdırması, qiymətləndirmə mexanizmlərinin səmərəliliyinin artırılması, sinif mühitinin idarə olunması və öyrənməni təşviq edən yanaşmalar” mövzularını əhatə edib.
Təlimlərin məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarını artırmaq, innovativ tədris metodlarının tətbiqini genişləndirmək və şagird mərkəzli tədris mühitinin gücləndirilməsinə dəstək olmaqdır.

