İspaniyada VIIl Beynəlxalq "World Harmony" müsabiqəsi uğurla başa çatıb.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, gənc və istedadlı musiqiçilərin yaradıcılıq inkişafını hədəfləyən tədbirdə Gürcüstan, İspaniya, Litva və Türkiyə olmaqla bir neçə ölkədən gənc iştirakçılar bir araya gəliblər.
Qeyd edilib ki, beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri sırasında Azərbaycan üzrə Əməkdar müəllim, BMA Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar müəllim, professor Hökumə Əliyeva yer alıblar.
Müsabiqə çərçivəsində 4 yaş kateqoriyası üzrə müxtəlif nominasiyalar – fortepiano, nəfəs alətləri, simli alətlər və ansambl ifaçılığı üzrə çıxışlar nümayiş etdirilib. Gənc musiqiçilərin səhnə mədəniyyəti, ifa bacarığı və yaradıcılıq potensialı beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqə-festivalın yekununda iştirakçılar müvafiq adlar, diplomlar və sertifikatlarla təltif olunublar. Bu müsabiqə gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm platformaya çevrilib.

