2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda mühüm tarixi hadisə baş verib — Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulması mərasimi keçirilib.
"Tehsil365" xəbər verir ki, Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin sabiq prezidenti Abdullah Gül və Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvili iştirak ediblər. Bu layihə regionun nəqliyyat və iqtisadi əlaqələrində yeni bir mərhələ kimi qiymətləndirilir və üç ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
BTQ dəmir yolu Cənubi Qafqazı Türkiyə və Avropaya birləşdirərək, ticarət və nəqliyyat sahəsində böyük imkanlar yaradır. Layihənin icrası regional inteqrasiyanın, iqtisadi inkişafın və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkə üçün strateji infrastruktur layihəsi olaraq önəmini qorumaqdadır və regionun gələcək inkişafında əsas amil hesab edilir.

