Azərbaycan memarlıq tarixində öz dəst-xətti ilə seçilən Altay Mir-Bağırovun vəfatından illər keçsə də, onun memarlıq irsi bu gün də yaşayır.
"Tehsil365" xəbər verir ki, 1934-cü il oktyabrın 4-də Bakıda anadan olan Altay Mir-Bağırov 2011-ci ildə vəfat edib.
Altay Mir-Bağırov uzun illər Azərbaycan memarlığına töhfələr verib. Onun layihələndirdiyi binalar estetik görünüşü və funksionallığı ilə seçilir. 2003–2004-cü illərdə respublikanın müxtəlif bölgələrində 15 məktəb binasının layihələndirilməsi və inşasında fəal iştirak etmiş memar, xüsusilə təhsil sahəsində mühüm iz qoyub.
Onun memarlıq fəaliyyəti təkcə şəhərsalma və bina layihələndirmə ilə məhdudlaşmırdı – Altay Mir-Bağırov eyni zamanda gələcək nəsil memarların yetişdirilməsinə də töhfə verirdi. Müasir Azərbaycan memarlığının formalaşmasında onun rolu danılmazdır.
Bu gün Altay Mir-Bağırovun xatirəsi böyük ehtiramla yad edilir, onun ərsəyə gətirdiyi layihələr isə illər ötsə də, gənc nəsillərə xidmət etməyə davam edir.

