ABŞ-ın federal məhkəməsi Tramp administrasiyasının antisemitizm iddiaları əsasında UCLA-ya qarşı tələb etdiyi 1.2 milyard dollarlıq cəriməni müvəqqəti olaraq dayandırıb.
"Tehsil365" xəbər verir ki, Bu qərar universitetin tələb olunan cəriməni ödəməsinin qarşısını alaraq, məsələ ilə bağlı daha ətraflı araşdırma aparılması üçün vaxt qazandırıb. Tramp administrasiyası, UCLA-nın kampusda antisemitizm hallarını yetərincə araşdırmaması və tədbir görməməsi ilə bağlı məsuliyyət daşıdığını iddia etmişdi.
Universitet isə ittihamları rədd edərək, özünün hərtərəfli tədbirlər gördüyünü və tələbələrin təhlükəsizliyini təmin etdiyini bildirir. Məhkəmənin qərarı ilə bağlı əlavə hüquqi proseslərin yaxın vaxtlarda davam edəcəyi gözlənilir.

