Federal məhkəmə Texas məktəblərinə yeni qəbul edilən qanuna əməl etməməyi tapşırıb.
"Tehsil365" xəbər verir ki,
Yeni qanuna görə, hər sinif otağında on əmr göstərilməlidir.
Bu qərar dövlət və federal səviyyədə fərqli tələblərin toqquşmasına səbəb olub. Federal hakim Texasın bu qanunun tətbiqini dayandırmasını tələb edərək, din və dövlətin ayrılığı prinsiplərinə əsaslanıb.
Texas hakimiyyəti isə qanunun qanuni olduğunu və dini dəyərlərin təbliğinə xidmət etdiyini bildirir. Məsələ ilə bağlı mübahisələr davam edir və hüquqi proseslər yaxın gələcəkdə də davam edəcək.

