Təhsil 365 - Logo Mobile

Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək

10221.11.2025 - 06:12
Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək

23 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

“Tehsil365”xəbər verir ki,bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 197 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizual mәlumatın yazılı tәsviri üçün) ayrılır. Test və yazı bloku arasında 15 dəqiqə fasilə verilir.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Bildirilib ki, noyabrın 23-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan noyabrın 24-də keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. Bu imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 1-də keçiriləcək.

Nərmin Süleymanlı

Xəbər Lenti

Cavid Əfəndinin həyatında 59 rəqəminin mistik rolu və numeroloji mənası21.11.2025 - 07:54
Kaliforniyada immiqrasiya reydlərindən sonra məktəb davamiyyəti 22% artıb21.11.2025 - 07:41
Süni intellekt vasitəsilə insan düşüncələri oxunub – İnqilabi yenilik21.11.2025 - 07:35
Azərbaycanda bu şəxslər dövlətdən ömürlük vəsait ala bilər21.11.2025 - 07:35
Xaricdə təhsil sonrası mədəniyyət şoku: Tələbələr üçün yeni çağırışlar21.11.2025 - 07:28
BDU-nun keçmiş müəllimi həbs edildi21.11.2025 - 07:20
Azərbaycan Universiteti ilə Elm və təhsil komitəsi birgə tədbir keçirdi21.11.2025 - 07:20
Larry Summers Harvardda məzuniyyətə gedir — Jeffrey Epsteinlə əlaqələr araşdırılır21.11.2025 - 07:15
Naxçıvan məktəblərindən SAF 2025-də böyük UĞUR21.11.2025 - 07:12
Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb21.11.2025 - 07:06
Məktəblərdə sinif otaqları daha sakitdir, lakin davranış pozğunluqları dəyişmir21.11.2025 - 07:02
Franklin liseyində tələbələr süni intellektin riyaziyyatını öyrənir21.11.2025 - 06:49
Nigeriya G20 səfərini təxirə saldı, İngiltərədə məktəblərdə yaradıcılıq fənlərinin artırılması planları21.11.2025 - 06:36
Narın 10 möcüzəvi faydası21.11.2025 - 06:35
Deputat bəzi bölgələrdə kommunnal tariflərin 3 dəfə azaldılmasını təklif edib21.11.2025 - 06:25
Texas A&M universitet sistemi yeni qaydalar tətbiq edib21.11.2025 - 06:23
Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi 21.11.2025 - 06:15
Federal hakim Texas məktəblərinə yeni qanunu pozmağa əmr verdi21.11.2025 - 06:10
Federal məhkəmə UCLA-ya qarşı tələb edilən 1.2 milyard dollarlıq cəriməni dayandırdı21.11.2025 - 05:57
Çində təhsil alamq üçün təqaüd proqramına müraciət başladı21.11.2025 - 05:54
Tələbələrin bu ödənişi geri qaytarıla bilər21.11.2025 - 05:45
21 noyabr — İlqar Baxışovun doğum günü21.11.2025 - 05:44
Professor: Milli musiqi alətlərimiz Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçasıdır21.11.2025 - 05:38
Azərbaycanın tanınmış memarı Altay Mir-Bağırovun xatirəsi ehtiramla anılır21.11.2025 - 05:31
Məktəblərdə payız tətili başa çatıb21.11.2025 - 05:30
Şagird sayı az olan MƏKTƏBLƏR - SİYAHI21.11.2025 - 05:22
21 noyabr – Sosial Sahibkarlıq Günü qeyd olunur21.11.2025 - 05:18
“Mənim adım Neftdir” filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb21.11.2025 - 05:14
Sosial medianın gənclərin psixologiyasına təsiri: Psixoloq riskləri açıqladı21.11.2025 - 05:10
Bu gün hava necə olacaq? - PROQNOZ21.11.2025 - 05:06
21 Noyabr 2007 — Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulub21.11.2025 - 05:05
21 noyabr – BMT tərəfindən Ümumdünya Televiziya Günü kimi qeyd olunur21.11.2025 - 04:52
Nəriman Yusifovun anım günü – görkəmli dövlət xadimi ehtiramla yad edilir21.11.2025 - 04:39
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü qeyd olunur21.11.2025 - 04:26
Milli Qəhrəman Mehman Sayadovun anım günü qeyd olunur21.11.2025 - 04:13
21 noyabr 1957 – Neft Daşlarında faciəvi qasırğa: 21 nəfər həyatını itirdi21.11.2025 - 04:00
“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31