Təhsil 365 - Logo Mobile

"Təklifləri təhrif etməyin,əsas fikri müzakirə edin"

15221.11.2025 - 09:35
"Təklifləri təhrif etməyin,əsas fikri müzakirə edin"

“Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür”.

“Tehsil365” xəbər verir ki,bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında çıxışı zamanı deyib.

“Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir.

Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.

Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar.

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir”.

Hər birinizə uğurlar arzulayıram!

Nərgiz Süleymanova

Xəbər Lenti

42 nəfərə elmi dərəcə verilib21.11.2025 - 10:35
Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək21.11.2025 - 10:20
Abituriyentlər özünə inamı artırmaq üçün gündəlik hansı vərdişləri etməlidirlər?21.11.2025 - 10:05
Milan Film Festivalı İtaliya premyerası üçün filmlərin qəbulunu elan edir21.11.2025 - 09:50
“Öz həyatını şagirdlərə həsr etmiş müəllimlərimiz var”21.11.2025 - 09:20
"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır" - Emin Əmrullayev 21.11.2025 - 09:05
"Biz müəllimin rifahını yaxşılaşdırmaqla həyatlarının müsbətə dəyişməsinə çalışırıq"21.11.2025 - 09:00
TKT üzrə test imtahanı keçiriləcək21.11.2025 - 08:30
24 uşaq öskürək siropundan öldü21.11.2025 - 08:13
Cavid Əfəndinin həyatında 59 rəqəminin mistik rolu və numeroloji mənası21.11.2025 - 07:54
Kaliforniyada immiqrasiya reydlərindən sonra məktəb davamiyyəti 22% artıb21.11.2025 - 07:41
Azərbaycanda bu şəxslər dövlətdən ömürlük vəsait ala bilər21.11.2025 - 07:35
Süni intellekt vasitəsilə insan düşüncələri oxunub – İnqilabi yenilik21.11.2025 - 07:35
Xaricdə təhsil sonrası mədəniyyət şoku: Tələbələr üçün yeni çağırışlar21.11.2025 - 07:28
BDU-nun keçmiş müəllimi həbs edildi21.11.2025 - 07:20
Azərbaycan Universiteti ilə Elm və təhsil komitəsi birgə tədbir keçirdi21.11.2025 - 07:20
Larry Summers Harvardda məzuniyyətə gedir — Jeffrey Epsteinlə əlaqələr araşdırılır21.11.2025 - 07:15
Naxçıvan məktəblərindən SAF 2025-də böyük UĞUR21.11.2025 - 07:12
Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb21.11.2025 - 07:06
Məktəblərdə sinif otaqları daha sakitdir, lakin davranış pozğunluqları dəyişmir21.11.2025 - 07:02
Franklin liseyində tələbələr süni intellektin riyaziyyatını öyrənir21.11.2025 - 06:49
Nigeriya G20 səfərini təxirə saldı, İngiltərədə məktəblərdə yaradıcılıq fənlərinin artırılması planları21.11.2025 - 06:36
Narın 10 möcüzəvi faydası21.11.2025 - 06:35
Deputat bəzi bölgələrdə kommunnal tariflərin 3 dəfə azaldılmasını təklif edib21.11.2025 - 06:25
Texas A&M universitet sistemi yeni qaydalar tətbiq edib21.11.2025 - 06:23
Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi 21.11.2025 - 06:15
Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək21.11.2025 - 06:12
Federal hakim Texas məktəblərinə yeni qanunu pozmağa əmr verdi21.11.2025 - 06:10
Federal məhkəmə UCLA-ya qarşı tələb edilən 1.2 milyard dollarlıq cəriməni dayandırdı21.11.2025 - 05:57
Çində təhsil alamq üçün təqaüd proqramına müraciət başladı21.11.2025 - 05:54
Tələbələrin bu ödənişi geri qaytarıla bilər21.11.2025 - 05:45
21 noyabr — İlqar Baxışovun doğum günü21.11.2025 - 05:44
Professor: Milli musiqi alətlərimiz Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçasıdır21.11.2025 - 05:38
Azərbaycanın tanınmış memarı Altay Mir-Bağırovun xatirəsi ehtiramla anılır21.11.2025 - 05:31
Məktəblərdə payız tətili başa çatıb21.11.2025 - 05:30
Şagird sayı az olan MƏKTƏBLƏR - SİYAHI21.11.2025 - 05:22
21 noyabr – Sosial Sahibkarlıq Günü qeyd olunur21.11.2025 - 05:18
“Mənim adım Neftdir” filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb21.11.2025 - 05:14
Sosial medianın gənclərin psixologiyasına təsiri: Psixoloq riskləri açıqladı21.11.2025 - 05:10
Bu gün hava necə olacaq? - PROQNOZ21.11.2025 - 05:06
21 Noyabr 2007 — Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulub21.11.2025 - 05:05
21 noyabr – BMT tərəfindən Ümumdünya Televiziya Günü kimi qeyd olunur21.11.2025 - 04:52
Nəriman Yusifovun anım günü – görkəmli dövlət xadimi ehtiramla yad edilir21.11.2025 - 04:39
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü qeyd olunur21.11.2025 - 04:26
Milli Qəhrəman Mehman Sayadovun anım günü qeyd olunur21.11.2025 - 04:13
21 noyabr 1957 – Neft Daşlarında faciəvi qasırğa: 21 nəfər həyatını itirdi21.11.2025 - 04:00
“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51