Milan Film Festivalı İtaliya premyerası üçün ikinci buraxılışına müraciət çağırışını açıq elan edir.
“Tehsil365” xəbər verir ki, festivalın məqsədi, art-haus və bədii baxımdan iddialı kino nümunələrini təşviq etmək və kino ifadəsinin yeni formalarını geniş auditoriyaya tanıtmaqdır.
2026-cı il Milan Film Festivalı isə kino və audiovizual mədəniyyəti və sənəti qeyd edən, sənayedə müxtəliflik və innovasiyanı təşviq edən, Milan şəhərini və onun icmalarını fəal şəkildə prosesə cəlb edən inklüziv bir kino təcrübəsi yaratmağı qarşısına məqsəd qoyur. Festival 2026-cı il iyunun 3-dən 8-dək Milan şəhərində, aktyor Klaudio Santamarianın bədii rəhbərliyi altında keçiriləcək.
Festivalın elanında bildirilir ki, bu il də ekranlara insanları həyəcanlandıran, təəccübləndirən və düşünməyə sövq edən hekayələri gətirmək istəyirik. “Biz orijinal baxış bucağına və səmimi ifadəyə malik və italyan premyerasını edən qısametrajlı və tammetrajlı filmlər axtarırıq. Əgər sizin festivalımıza uyğun olduğunu düşündüyünüz bir filminiz varsa, 2026-cı il martın 1-dək göndərə bilərsiniz”,-deyə əlavə olunub.
Ətraflı məlumat festivalın rəsmi saytında www.milanofilmfest.it qeyd edilib.

