Təhsil 365 - Logo Mobile

ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub

10421.11.2025 - 15:17
ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində  “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub.

“Tehsil365” bildirir ki, konfransın açılış mərasimində bir sıra ölkələrin səfirləri, diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 

Dövlət Himni səsləndirilib. Daha sonra “Gaudeamus” tələbə himni ifa olunub.

ADU-nun rektoru, akademik  Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, müasir dünyada süni intellektlə bağlı aparılan tədqiqatlar və araşdırmalar həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində özünü göstərməkdədir: 

“Bu gün universitetimizdə əlamətdar bir gündür. Mən çox şadam ki, konfransımızda Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin səfirləri, diplomatlar  iştirak edir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, konfransımızda İsrail, Belarus, Venesuela, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanın ölkəmizdəki səfirləri iştirak edir və onlara səmimi qəlbdən təşəkkür edirəm, “xoş gəlmisiniz” deyirəm.

Konfrasımızda İtaliyadan, İspaniyadan, Mərakeşdən, Rumıniyadan, Özbəkistandan, Türkiyədən, Pakistandan, Ukraynadan, Rusiyadan, Belarusdan, Qazaxıstandan  olan qonaqlarımız var, onlara da “xoş gəlmisiniz” deyirəm.

Eyni zamanda konfransımızda iştirak edən mütəxəssislər arasında əllidən çox ölkənin nümayəndələri  konfransımızda iştirakçı kimi qeydiyyatdan keçib və biz onların maraqlı mərzuləri ilə tanış olacağıq.  

Həmçinin Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası , Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dənizçilik Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti və digər ali təhsil müəssisələrindən olan mütəxəssislər konfransda iştirak edir və onlara da öz təşəkkürümüzü bildiririk.

Konfrans “Dil və süni intellekt”, “Süni intellekt və tərcümə məsələləri”, “Ədəbiyyat süni intellekt dövründə”, “Xarici dillərin tədrisində süni intellektin rolu”, “Fəlsəfə və psixologiyaya dair tədqiqatlarda süni intellekt problem”, “Süni intellekt və media tədqiqatları” mövzusunda altı bölmə üzrə təmsil olunub.

İnanıram ki, konfrans  müasir elmi aktuallığı ilə seçiləcəkdir və ən əsası gələcək elmi, mədəni əməkdaşlığımıza öz töhfəsini verəcəkdir.

Hörmətli qonaqlar, cənab səfirlər, diplomatlar sizi bir daha universitetdə görməyimizdən məmnunluğumuzu bildiririk. Bizi bir-birimizə bağlayan güclü xətlər var, biz çox istərdik ki, bu xətlər elmi istiqamətdə də davam etsin, bu gün sizin konfransımıza və universitetimizə göstərdiyiniz maraq bizim üçün çox qiymətlidir. Konfransın işinə uğurlar arzu edirik. Yaşasın konfrans”!

AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Rafiq Əliyev konfransla bağlı fikirlərini söyləyib.

Qeyd olunub ki, konfransın mövzusu müasir dünyada elmə yeni yanaşmanı və tədqiqat imkanlarını qiymətləndirmək, humanitar elmlərlə süni intellektin qarşılıqlı şəkildə öyrənilməsi baxımından yüksək əhəmiyyətə malikdir.

Konfransın süni intellektlə humanitar elmlərin qarşılıqlı şəkildə öyrənilməsi baxımından ilklərdən olduğunu bildirən professor  Rafiq Əliyev süni intellektin humanitar sahələrə təsirinin, tədqiqat və tədris prosesində tətbiq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb və konfrans iştirakçılarına uğurlar arzu edib.

Türkiyənin Hacettepe Universitetinin Fransız dili və ədəbiyyatı kafedrasının müdir müavini  Eylem Aksoy Alp çıxışında konfransın beynəlxalq əməkdaşlıq və elmi əlaqələrin qurulması baxımından önəmindən söz açıb.

Bildirilib ki, konfrans öz aktuallığı ilə seçilir və gənc alimlər üçün yeni üfüqlər açır, həmçinin beynəlxalq əlaqələrin qurulması, elmi əməkdaşlıq baxımından önəmli hadisə kimi mühüm əhəmiyyətə malikdir.

Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı Summaira Sarfraz  konfransda video müraciətlə çıxış edib. Video müraciətdə konfransın işi və perspektivləri barəsində fikir bildirən qonaq müasir elmi biliklərin yeni formatda təqdimatını və araşdırılmasını alqışladığını, gələcək elmi tədqiqat və araşdırmalar üçün konfransın vacib olduğunu söyləyib.

İspaniyanın Alkala Universitetinin Dil və ədəbiyyatın tədrisi fakültəsinin dekanı Xesus Qarsia Laborda konfransın təşkilatçılarına və ADU rəhbərliyinə öz təşəkkürünü bildirib. Söylənilib ki, elmi, mədəni əməkdaşlıq və beynəlxalq əlaqələrin inkişafı baxımından konfrans öz aktuallığı ilə seçilir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Məmmədov  konfransın keçirilməsinə görə ADU rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib, konfransın əhəmiyyətindən danışıb. Konfrans Prezident İlham Əliyevin Süni intellektlə bağlı sərəncamına və bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində verilən ən mühüm töhfələrdən biridir.

Rumıniyanın Aleksandru İoan Kuza adına Yassı Universitetinin professoru Lyudmila Bejenaru konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzu edib. Qonaq deyib ki, ADU beynəlxalq əlaqələrin qurulması və elmi əməkdaşlığın aparılması imkanlarını ən yüksək səviyyədə özündə ehtiva edən ali təhsil müəssisələrindən biridir.

Moskva Dövlət Linqvistik Universitetinin Layihə ofisinin direktoru Olqa Yeqorova konfransda iştirakından məmnunluğunu bildirirərək, ADU rəhbərliyinə və kollektivinə öz səmimi təbriklərini çatdırıb.

Konfransın aktuallığını və əhəmiyyətini yüksək qiymətləndirən qonaq iştirakçılara uğurlar arzu edib.

Almaniyanın  DAAD-nin ADU-da nümayəndəsi  Liza Brandt çıxışında  konfransın müasir elmi çağırışlara və yeniliklərə uyğun olduğunu və beynəlxalq əməkdaşlıq perspektivlərinin aktuallığını diqqətə çəkib.

İtaliyanın Sapienza Universitetinin əməkdaşı Mario Soldaini konfrans iştirakçılarını salamlayıb, konfransın beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirib.Bildirilib ki, konfransa maraq böyükdür  və iştirakçılar üçün əlverişli imkanlar yaradılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfrans altı bölmə üzrə işini davam etdirəcək və dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi, sosiolinqvistika), tərcüməşünaslıq (maşın tərcüməsi), ədəbiyyatşünaslıq (Ədəbiyyat süni intellekt dövründə), xarici dillərin tədrisi metodikası, psixologiya və fəlsəfə, media tadqiqatları mövzusunda hazırlanan məruzələr dinlənəcək.

Aysel Paşayeva

Xəbər Lenti

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür21.11.2025 - 20:01
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır21.11.2025 - 19:49
Bakıda otelin 4 işçisi faciəvi şəkildə öldü - Adlar21.11.2025 - 19:37
"Türk xalqlarının dövlətçilik tarixi" kitabı çıxdı21.11.2025 - 19:25
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu 21.11.2025 - 19:16
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki-Zaqatalada üzv təşkilatlarla görüşüb21.11.2025 - 18:59
Mingəçevir Turizm Kolleci intellektual yarışda iştirak edib21.11.2025 - 18:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub21.11.2025 - 18:25
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibələr davam edir21.11.2025 - 18:14
BDU-da “İş dünyası çağırır” mövzusunda təlim keçirilib21.11.2025 - 18:02
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclası keçirilib21.11.2025 - 18:00
Peşə təhsili sahəsində əməkdaşlıq görüşü keçirilib21.11.2025 - 17:52
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 17:45
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan seminar keçirilib21.11.2025 - 17:30
Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub21.11.2025 - 17:30
ATGTİ Azərbaycan Dillər Universitetinə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edib21.11.2025 - 17:15
BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar keçirilib21.11.2025 - 17:08
“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub21.11.2025 - 17:00
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb21.11.2025 - 16:55
“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib21.11.2025 - 16:45
Elm və təhsil nazirinin müşaviri BDU-da seminar keçib21.11.2025 - 16:43
“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib21.11.2025 - 16:33
ADU müəllimləri IV Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər21.11.2025 - 16:30
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib21.11.2025 - 16:18
ADU-nun müəllimi Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib21.11.2025 - 16:15
ADPU-da Elmi Şuranın növbəti iclası keçirilib21.11.2025 - 16:03
62 yaşında universitet məzunu oldu21.11.2025 - 15:46
Lənkəranda qədim meşə qalıqları üzə çıxıb 21.11.2025 - 15:30
"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün"-Zəfərlə bağlı tədbir keçirilib21.11.2025 - 14:52
“TikTok”da daha bir yenilik21.11.2025 - 14:45
Uşaqlar Birliyinin sığınacağından itkin düşən gənc tapıldı21.11.2025 - 14:37
Lənkəranda ANİMAFİLM festivalı keçirilib 21.11.2025 - 14:22
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib21.11.2025 - 13:42
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05