Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Abbasova Hökümə Fərzux qızı Orhun mübadilə proqramı çərçivəsində 3-16 noyabr 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib.
“Tehsil365” bildirir ki, “Orhun” mübadilə proqramı Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər arasında həyata keçirilir. Proqram çərçivəsində akademik heyyətin iki həftə ərzində tərəftaş universitetdə mühazirə və seminarlar deməsi nəzərdə tutulub.
Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Alptekin Yasım, prorektorlar prof. Dr. Irfan Ersin Akinci və prof. Dr. Orhan Doğan H.Abbasovanı və Kahramanmaraş Universitetində çalışan Azərbaycanlı müəllimləri və burda tədris alan Azərbaycanlı tələbələri qəbul edib. Həmçinin H.Abbasova Universitetin İktisadi ve İdari Bilimler Fakültesi Dekanı Prof.Dr. Ali Haluk Pinar ilə görüşüb.
H.Abbasova Beynəlxalq Münasibətlər kafedrasının müdüri Dr. Fatmanur Kaçar Aşci və kafedranın müəllim heyəti ilə görüşüb.
Daha sonra H.Abbasova Beynəlxalq Münasibətlər fakultəsinin 1-ci kurs tələbələri üçün “Azərbaycan-Türkiyə münasibətlərinə tarixi baxış” adlı mühazirə oxuyub. Görüşdə BM kafedrasının müdiri və müəllimləri də iştirak edib.
Bundan başqa H.Abbasova BM fakültəsinin 3-cü kurslarına “Azərbaycanın Enerji siyasəti” mövzusunda mühazirə deyib və tələbələrlə bu mövzuda müzakirə aparıb.
Mübadilə proqramı çərçivəsində H.Abbasova Beynəlxalq Münasibətlər fakültəsinin müəllimləri Prof.Dr. Toğrul İsmayıl, Dr. Fatmanur Kaçar Aşci, Dr. Ahmet Hikmet Zabun və Dr. Haci Mehmet Boyrazın dərslərində iştirak edib.
Həmçinin H.Abbasova 21-23 noyabr 2025-ci il Kahramanmaraş Universitetində təşkil olunacaq III. Beynəlxalq Sosial və Humanitar Elmlər Akademiyası Konqresinın təşkilat komitəsinin sədri Dr. Aziz Belli ilə görüşüb. Konqresdə ADU müəllimlərinin online iştirakı ilə bağlı detallar müzakirə edilib və Konqreslə bağlı məlumat ADU müəllimləri ilə paylaşılıb. Nəticədə, H.Abbasova da daxil olmaqla ADU-dan 10-a yaxın müəllim Konqresdə iştirak üçün müraciət edib və onların tezisləri qəbul olunub.

