Təhsil 365 - Logo Mobile

“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib

10221.11.2025 - 16:45
“Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə 20 noyabr 2025-ci il tarixində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına həsr olunmuş “Qarabağa Qayıdış” adlı elmi seminar keçirilib.

“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətova açaraq, Böyük Qayıdış Dövlət Proqramının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyatın bərpası və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə hazırlanmış strateji yol xəritəsi olduğunu vurğulayıb. O qeyd edib ki, proqramın əsas hədəfi təhlükəsiz yaşayış mühitinin yaradılması, müasir infrastrukturun qurulması və əhalinin mərhələli şəkildə öz yurdlarına qayıdışının təmin edilməsidir. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji bərpa, alternativ enerji və yaşıl inkişaf prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Dövlət Proqramı həmçinin iqtisadi fəaliyyətin canlandırılmasını, kənd təsərrüfatı, turizm və sənaye üzrə yeni inkişaf modellərinin qurulmasını nəzərdə tutur. Beləliklə, Böyük Qayıdış Dövlət Proqramı Azərbaycanın post-münaqişə dövründə ən mühüm inkişaf çərçivələrindən birini təşkil edir.

Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müəllimi Aysel Kərimova “Qarabağ Alban irsi: tarixi gerçəkliklərin bərpası” mövzusunda çıxış edərək Qafqaz regionunun Qafqaz Albaniyası mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olduğunu, işğal dövründə qədim alban məbədləri, monastırları və arxeoloji abidələrin bir qisminin dağıdıldığını və ya mənşəyinin təhrif edildiyini qeyd edib.

Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Tural Cəfərov “Qayıdış ideyasının milli şüurumuzdakı təcəssümü” mövzusunda çıxış edərək qayıdış ideyasının Azərbaycan milli düşüncəsində yalnız fiziki torpağa dönüş anlamı daşımadığını, həm də tarixi ədalətin bərpası və milli varlığın bütövləşməsi kimi dərin mənəvi məzmun kəsb etdiyini vurğulayıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətova “Böyük Qayıdış və ekosidə məruz qalmış torpaqlarımızın bərpası” mövzusunda çıxış edərək “Böyük Qayıdış” proqramı çərçivəsində regionun ekosistemlərinin yenidən qurulması, biomüxtəlifliyin dirçəlməsi, təbii resursların səmərəli idarə olunması və dayanıqlı inkişafın institusional təminatının vacibliyini qeyd edib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifova,
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Xatirə Hacıyeva,
Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva,
Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri dosent Nigar Əfəndiyeva,
Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva,
“Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti Asif Abbasov və dosent Namiq Kərimov müzakirələrə qoşularak mövzu ilə bağlı fikirlərini bildiriblər.

Aysel Paşayeva

Xəbər Lenti

Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür21.11.2025 - 20:01
Yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır21.11.2025 - 19:49
Bakıda otelin 4 işçisi faciəvi şəkildə öldü - Adlar21.11.2025 - 19:37
"Türk xalqlarının dövlətçilik tarixi" kitabı çıxdı21.11.2025 - 19:25
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu 21.11.2025 - 19:16
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki-Zaqatalada üzv təşkilatlarla görüşüb21.11.2025 - 18:59
Mingəçevir Turizm Kolleci intellektual yarışda iştirak edib21.11.2025 - 18:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub21.11.2025 - 18:25
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibələr davam edir21.11.2025 - 18:14
BDU-da “İş dünyası çağırır” mövzusunda təlim keçirilib21.11.2025 - 18:02
Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclası keçirilib21.11.2025 - 18:00
Peşə təhsili sahəsində əməkdaşlıq görüşü keçirilib21.11.2025 - 17:52
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 17:45
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan seminar keçirilib21.11.2025 - 17:30
Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub21.11.2025 - 17:30
ATGTİ Azərbaycan Dillər Universitetinə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edib21.11.2025 - 17:15
BDU-da sənaye mülkiyyəti və patentləşdirmə ilə bağlı maarifləndirici seminar keçirilib21.11.2025 - 17:08
“Narkomaniyaya Yox De! Həyatı Seç!” adlı dəyirmi masa olub21.11.2025 - 17:00
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb21.11.2025 - 16:55
Elm və təhsil nazirinin müşaviri BDU-da seminar keçib21.11.2025 - 16:43
“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib21.11.2025 - 16:33
ADU müəllimləri IV Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər21.11.2025 - 16:30
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib21.11.2025 - 16:18
ADU-nun müəllimi Kahramanmaraş Sütcü İmam Universitetində müəllim mübadilə proqramında iştirak edib21.11.2025 - 16:15
ADPU-da Elmi Şuranın növbəti iclası keçirilib21.11.2025 - 16:03
62 yaşında universitet məzunu oldu21.11.2025 - 15:46
Lənkəranda qədim meşə qalıqları üzə çıxıb 21.11.2025 - 15:30
ADU-da “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub 21.11.2025 - 15:17
"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün"-Zəfərlə bağlı tədbir keçirilib21.11.2025 - 14:52
“TikTok”da daha bir yenilik21.11.2025 - 14:45
Uşaqlar Birliyinin sığınacağından itkin düşən gənc tapıldı21.11.2025 - 14:37
Lənkəranda ANİMAFİLM festivalı keçirilib 21.11.2025 - 14:22
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibə davam edir21.11.2025 - 14:13
DİM fənlər üzrə elmi-metodik seminarlar keçirib21.11.2025 - 14:07
Lənkəran-Astara məktəbliləri SAF 2025-də uğurla iştirak ediblər21.11.2025 - 13:57
BSU-da YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib21.11.2025 - 13:42
Berlinin 140 məktəblisi Azərbaycan mədəniyyəti ilə tanış olub21.11.2025 - 13:28
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib21.11.2025 - 13:13
"Oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən kitabxana modeli formalaşdırmaq istəyirik"21.11.2025 - 13:05
Emin Əmrullayev müəllimlərin maaşı ilə bağlı müzakirələrə reaksiya verdi21.11.2025 - 12:50
Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək21.11.2025 - 12:35
Azərbaycan Universitetində Daşkənt Dövlət İqtisad Universitetinin nümayəndə heyəti ilə görüş olub21.11.2025 - 12:20
Apellyasiya komissiyasının fəaliyyətə başlayacağı vaxt açıqlandı 21.11.2025 - 12:05
BMU məzunu süni intellektin material elmlərində tətbiqi üzrə araşdırmalar aparır21.11.2025 - 11:50
LDU-da yeni konfrans keçirilib21.11.2025 - 11:35
"Şagirdlər universitetə məktəbin özündə hazırlaşacaq"21.11.2025 - 11:20
Çində oxumaq istəyən azərbaycanlılara: sənəd qəbulu aparılır21.11.2025 - 11:05